Məhkəmə qərarları › İş №8(004)-133/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-133/2025

21.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-133/2025 21.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2515/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə X3 tərəfindən “icra məmurunun hərəkətsizliyindən” verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Maraqlı şəxs1 böyük icra məmuru Bəxtiyar İsmayılovun hərəkətsizliyindən məhkəməyə şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2515/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə 32.000 manat vəsaitin Maraqlı şəxs2 MTK-dan tutularaq ilkin iddia üzrə cavabdeh X4 ödənilməsi ilə icra sənədi üzrə Maraqlı şəxs1 böyük icra məmuru Bəxtiyar İsmayılovun hərəkətsizliyi qanunsuz hesab edilməsi və zəruri icra hərəkətlərinin aparılması vəzifəsi sonuncunun üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X2 hüquqi varisi X14 bildirir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-2515/2015 nömrəli icra sənədinə əsasən Maraqlı şəxs2 MTK-dan 32.000 manat pulun tutularaq X4 ödənilməsi qət edilmişdir. X6 xx.xx.2016-cı ildə vəfat etmişdir. Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum xalası X2 vərəsəsi olaraq tanınmışdır. Sözügedən icra sənədi icra edilməsi üçün ilk növbədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilsə də, sonradan sonuncu tərəfindən qəbul olunmuş qərarla yenidən Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Bildirir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq Maraqlı şəxs2 MTK-dan 32.000 manat pulun tutularaq X4, yəni onun varisi olan mənə ödənilməsi ilə bağlı icra sənədi artıq 10 ilə yaxındır ki, icra edilməmişdir. Bununla bağlı Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar İsmayılova dəfələrlə tərəfindən müraciət edilsə də, hər dəfə müxtəlif bəhanələr gətirirərək və işinin çoxluğunu əsas göstərərək öz öhdəliklərini həyata keçirməkdən boyun qaçırmışdır. AZEMİS-dən əldə edilmiş məlumatdan müəyyən edilir ki, borclu Maraqlı şəxs2 MTK xx.xx.2004-cü ildə AZ1130, ünvan 1 ünvanda hüquqi şəxs kimi qeydiyyata alınmışdır (VÖEN **********). Hüquqi şəxsin qanuni təmsilçisi - xx.xx.1962-ci ildə Daşkəsən rayonu Muşavaq kəndində doğulmuş, ünvan 2 ünvanda qeydiyyatda olan Borcludur (FİN xxxxxxx). Lakin, qeyd edilənlərə baxmayaraq icra sənədi Maraqlı şəxs1 tərəfindən borclu hüquqi şəxs Maraqlı şəxs2 MTK-nın və onun qanuni təmsilçisi olan Borclu barəsində də hər hansı məcburi icra tədbirləri hələ də həyata keçirilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında da qeyd olunaraq bildirilmişdir ki, Maraqlı şəxs1 tərəfindən borclu hüquqi şəxs Maraqlı şəxs2 MTK-nın və onun qanuni təmsilçisi olan Borclu barəsində məcburi icra tədbirləri həyata keçirilməklə icra edilməlidir. Hesab edir ki, Maraqlı şəxs2 MTK-nın pul vəsaitinin, əmlakının axtarılması,üzərinə həbs qoyulması, hüquqi şəxsin rəhbərinin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsi icra məmurunun vəzifəsi olmaqla “İcra haqqında” Qanunun tələblərinə uyğun formada həyata keçirilməli olsa da, qeyd edilən tədbirlərin heç biri görülməmiş, borclunun icradan yayınmasına, bir növ göz yumulmuşdur. Bundan əlavə borclunun ünvanı ilə bağlı saxta arayış tərtib edilərək həmin ünvanın mövcud olmadığı, buna görə də icra sənədinin icrasının mümkün olmadığı bildirilmiş, bununla da müvafiq icra şöbəsi tərəfindən icra sənədinin icrasının təmin edilməsi istiqamətində böyük səhlənkarlıq göstərilmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, borclu Maraqlı şəxs2 MTK barəsində cinayət işi də aparılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101 )-334/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə Maraqlı şəxs2 MTK-nın rəhbəri X11 AR CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinməsi, o cümlədən həmin cinayət işi üzrə mülki iddiaların təmin olunması hökm edilmişdir. Bildirir ki, X7 eyni epizodla bağlı həm də Bakı Ağır Cinayətlər Məhkəməsinin Maraqlı şəxs2 MTK-nın keçmiş sədri vəzifəsində çalışmış X11 Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinməsi ilə bağlı 1(101)- 334/2016 saylı cinayət işi üzrə zərərçəkmiş şəxslər siyahısında olmuş və həm cinayət istintaqında, həm də məhkəmə proseslərində ona 32.000 manat məbləğində zərər dəyməsi faktı öz təsdiqini tapmışdır. Lakin, o, həmin cinayət işi çərçivəsində deyil, ayrıca olaraq mülki icraat qaydasında cavabdehə qarşı iddia qaldırdığından icra sənədinin icrası Binəqədi rayon icra şöbəsinə həvalə olunmuşdur. Halbuki həmin cinayət işi üzrə mülki iddia qaldıran və təmin olunan şəxslərin zərərlərinin artıq bir hissəsi qarşılanmış və həmin iddialar üzrə icra sənədləri icra olunmuşdur. Lakin, nədənsə eyni borcluya qarşı onun Binəqədi Rayon İcra Şöbəsində olan icra sənədin icranın mümkünsüzlüyünə görə uzun müddətdir ki, icra olunmur. Bu da məhz Binəqədi Rayon İcra Şöbəsinin hərəkətsizliyinin tamamilə qanunsuz olduğunu deməyə əsas verir. Məhkəmə iclasında iştirak edən X3 izahatında bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-2515/2015 nömrəli icra sənədinə əsasən Maraqlı şəxs2 MTK-dan 32.000 manat pulun tutularaq X4 ödənilməsi qət edilmişdir. Lakin, həmin icra sənədi bugünə qədər icra olunmamışdır. Belə ki, Maraqlı şəxs1 böyük icra məmuru Bəxtiyar İsmayılov icra sənədinin icrasının mümkünsüzlüyünə görə uzun müddətdir ki, icra sənədini icra etmir. Ona görə də, Maraqlı şəxs1 böyük icra məmuru Bəxtiyar İsmayılovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və zəruri icra hərəkətlərinin aparılması vəzifəsinin sonuncunun üzərinə qoyulması və şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-2515/2015 nömrəli qətnaməsinə əsasən “Dağlar" MTK ilə X6 arasında bağlanmış 0019 saylı, xx.xx.2014-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və cavabdeh X6 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində tikilmiş 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən 19 saylı mənzildən çıxarılması, 32000 manat məbləğində pul vəsaiti “Dağlar" MTK-dan tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-2515/2015 nömrəli icra sənədinə əsasən “Dağlar" MTK ilə X6 arasında bağlanmış 0019 saylı, xx.xx.2014-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və cavabdeh X6 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində tikilmiş 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən 19 saylı mənzildən çıxarılması, 32000 manat məbləğində pul vəsaiti “Dağlar" MTK-dan tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli “İcraata başlamaq haqqında” qərara əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2515/2015 nömrəli, xx.xx.2015ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayonu İcra Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X2 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X12 miras əmlakdan tam pay almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Ölmüş şəxsin vərəsəsinin tanınması haqqında” qərara əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X6 vərəsəsi xx.xx.1987-ci il təvəllüdlü X12 ilə əvəz edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, xx/xx-60358/34-21039 nömrəli Maraqlı şəxs2 MTK-ya xəbərdarlıq məktubuna əsasən xx.xx.2016-cı il tarixli qərarla icraata başlanan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2515/2015 saylı, xx.xx.2015ci il tarixli icra sənədinə əsasən cavabdeh “Dağlar" MTK-dan 32000 manat məbləğində pul tutularaq, iddiaçı Əsgərova jailə Məmməd Bağır qızının xeyrinə ödənilməlidir. Nəzərə çatdırırlar ki, uzun müddət keçməsinə baxmayaraq, məhkəmə qərarı ilə qəbul edilmiş borc ödənilməmişdir. Odur ki, icranı könüllü təmin etmək üçün təkrarən 10 (on) gün vaxt verilmiş, bu müddət ərzində icra sənədinin icrasını təmin edib, nəticəsi barədə Yasamal rayon icra öbəsinə müraciət etmək tələb olunmuşdur. İş materiallarında olan “Elektron İcra” sistemindən çıxarışa əsasən 60358/2016-63-34 nömrəli icra işi üzrə xx.xx.2022 tarixdə çıxarılmış qərarla icra sənədi ərazi aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə ünvanlanmış 30 sentyabr 2022-ci il tarixli 17/68 nömrəli 60358-21 sorğuya əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2515/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı zərurət yarandığı üçün Bakı şəhəri Binəqədi rayonunun inzibati ərazisində Maraqlı şəxs2 Mənzil-Tikinti Koorperativinin fəaliyyət göstərib göstərməməsi və yerləşdiyi ünvan barəsində şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən Maraqlı şəxs1nə ünvanlanmış 12 oktyabr 2022-ci il tarixli 962 nömrəli sorğuya cavab məktubuna əsasən Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisində Maraqlı şəxs2 Mənzil-Kommunal Kooperativi fəliyyət göstərmədiyi və yerləşdiyi ünvan barəsində məlumat olmadığı qeyd olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən Bakı şəhəri Binəqədi Rayon M.Ə.X5 ünvanlanmış 30 sentyabr 2022-ci il tarixli 17/68 nömrəli 60358-21 sorğuya əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2515/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı zərurət yarandığı üçün Bakı Şəhəri Binəqədi Rayonu Rəsulzadə qəsəbəsinin inzibati ərazisində Maraqlı şəxs2 Mənzil-Tikinti Koorperativinin fəaliyyət göstərib göstərməməsi və yerləşdiyi ünvan barəsində şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs2 MTK tərəfindən verilmiş 3 oktyabr 2022-ci il tarixli, MTK-007 nömrəli arayışa əsasən Maraqlı şəxs2 hazırda ünvan 6 ünvanında yerləşir. Arayış Binəqədi raon İcra şöbəsinə təqdim edilməsi üçün verilir. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 30 dekabr 2023-cü il tarixli 17/68 -60358-1 nömrəli məktuba əsasən Maraqlı şəxs1 icraatında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 2515/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 14-cü və Mülki-Prosessual Məcəllənin 230-cu maddələrinə uyğun olaraq müvafiq izahın verilməsinə dair icra məmurunun ərizəsi baxılması göndərildiyi qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)-39/2024 nömrəli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-2515/2015 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə izah verilməsi barədə Maraqlı şəxs1 böyük icra məmuru Bəxtiyar İsmayılov tərəfindən verilmiş ərizə rədd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli AR-İ 710310 nömrəli etibarnaməyə əsasən Maraqlı şəxs2 MTK (Bakı şəhəri, Binəqədi rayonu, keçid 304, ev 3, mənzil 11) adından Borclu tərəfindən X15 etibarnamə verilmişdir. Etibarnamə 10 il müddətinə verilib və xx.xx.2028 tarixədək qüvvədədir. İş materiallarında olan 7 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən borclu Maraqlı şəxs2 MTK Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu fakt borclu Maraqlı şəxs2 MTK-nın icra sənədinin icrasından yayınması və tələbi təmin edilməməsi ilə təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-6504/2024 nömrəli qərardadına əsasən X18 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Maraqlı şəxs1nə geri qaytarılmışdır. Məhkəmə tələbkarın izahatını dinləyib, şikayəti, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129.1-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-ci maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun dövlət reyestrindən çıxarışa və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Maraqlı şəxs2 (VÖEN **********) hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, keçid 304, ev 3, mənzil 11, qanuni təmsilçisi isə Borcludur. Hazırkı işə əlavə edilən sənədlərdən və icra işindən görünür ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı nə borclu Maraqlı şəxs2, nə də onun qanuni təmsilçisi olan Borclu barəsində lazımi tədbirlər görülməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2515/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə X3 tərəfindən “icra məmurunun hərəkətsizliyindən” verilmiş şikayət əsaslı hesab olunaraq təmin edilməli, icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilməklə, icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2515/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilsin və icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar