Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-140/2023 14.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4475/2019 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhərrəm Şirnalıyevin təqdimatına yazılı icraat qaydasında baxaraq Müəyyən etdim: İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Kürdəmir rayonu Carlı kəndində yerləşən 3.43 ha kənd təsərrüfat təyinatlı və 0.55 ha həyətyanı torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4475/2019 saylı icra sənədinə əsasən mübahisə məhkəmədə mahiyyəti üzrə həll olunana qədər Borclu mülkiyyətində olan Kürdəmir rayonu Carlı kəndində yerləşən 3.43 ha kənd təsərrüfat təyinatlı və 0.55 ha həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Həmin icra sənədinə əsasən Borclu 6271 manat alınaraq X3 və X1 ödənilməlidir. İcra sənədi üzrə tələbin təmin edilməsi məqsədi ilə qeyd edilən torpaq sahələri hərraca çıxarılmış və tələbkar X2 tərəfindən alınmışdır. Tələbkar ərizə ilə Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, alınmış torpaq sahələrinin bölgü aparılmadığı üçün adına rəsmiləşdirilməsi mümkün olmadığı və nəticədə torpaq sahəsi üzərində hər hansı bir sərəncam verə bilmədiyini bildirmiş və bu səbəbdən torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Həmçinin qeyd edilən torpaq sahələri “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 nömrəli, xx.xx.2002-ci il tarixli qərarı təsiri altına düşmüşdür. Təqdimatı, ona əlavə olunmuş sənədləri və 207476/2020 saylı icra işini araşdıraraq hesab edirəm ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İcra məmuru ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin və icra məmurunun iştirakları olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və əmlakın üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün onun üzərindən həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq Qərara aldım: Təqdimat təmin edilsin. Borclu məxsus Kürdəmir rayonu Carlı kəndində yerləşən 3.43 ha kənd təsərrüfat təyinatlı və 0.55 ha həyətyanı torpaq sahəsi üzərinə qoyulmuş həbs qoyulsun. Qərardadın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elekron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş N 8(004)-140/2023 Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasından kənar prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4475/2019 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhərrəm Şirnalıyevin təqdimatına yazılı icraat qaydasında Bakı şəhərində məhkəmənin binasında baxaraq təqdimatın təmin edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:20-də başladı. Prosessual hərəkət saat 14:40-da başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib edilib. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №8(004)-140/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-140/2023
14.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver