Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-140/2025 10.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Borclunun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tutulan aliment məbləğinin 50 faizinin yetkinlik yaşına çatmayan uşaqların adına açılmış bank hesablarına köçürülməsi barədə X2nun ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tutulan aliment məbləğinin 50 faizinin yetkinlik yaşına çatmayan uşaqların adına açılmış bank hesablarına köçürülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Yasamal rayon Məhkəməsinin e-2(004)- 5107/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ondan hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarda xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün müəyyən edilmiş və ya tutulacaq aliment miqdarının 50 faizini övladları xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X4 adına açılmış kart hesabına köçürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Tələbkar ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı iki övladları var. Bakı şəhər Yasamal rayon Məhkəməsinin e-2(004)-5107/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X4 Tələbkar yanında qalmaları və xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ondan qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Ondan tutulacaq alimentin miqdarı uşaqlarının indiki yaşayış minimum həddindən kifayət qədər yüksəkdir. Hesab edir ki, tutulan alimentin əlli faizi (50%) uşaqlarının adına açılan bank hesaba keçirilməlidir ki, uşaqlarının gələcəklərinin təminatı olsun. Yəni onlar, 18 yaşına çatanda onların hesabına yığılmış məbləği öz gələcəkləri üçün istifadə edə bilsinlər. Tələbkar etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 aliment miqdarının 50 faizini övladlarının adına açılmış kart hesabına köçürülməsinə dair ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 05 noyabr 2024-cü il tarixli, e-2(004)-5107/2024 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə X9 ilə aralarında olan nikahın pozulması və aliment ödənilməsi qət edilmişdir. X3 ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün müəyyən edilmiş aliment miqdarının 50 faizini övladlarının adına açılmış kart hesabına köçürülməsinə dair qərar qəbul edilməsini xahiş elmişdir. Hesab edir ki, X6 tələbi təmin olunmamalıdır. Belə ki, övladları X8 “İntellekt- A” körpələr evi uşaq bağçasında təhsil alır və aylıq ödənişi 550 manatdır. X11 “Primary Academy” özəl hazırlıq kursunda təhsil alır və aylıq ödənişi 345 manat təşkil edir. Bundan əlavə, hər ay 200 manata yaxın kommunal ödənişlər, uşaqların qida, geyim və s. kimi xərcləri də mövcuddur. Borclu təyin olunan təxminən 1500 manat təşkil edən alimenti bu günə qədər ödəməmiş, uşaqların saxlanılması üçün heç bir xərcdə iştirak elməmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalıdır Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Hazırkı işdə də aydın şəkildə görünür ki, övladları həmin özəl təhsil müəssisələrində münasibətlərinin normal olduğu dövrdə təhsil almağa başlamışlar. X9 onların özəl müəssisələrdə təhsil almasına qarşı çıxmamış, öz iradə ifadəsini bildirmişdir. Hal-hazırda təyin olunan aliment miqdarı belə onların əvvəlki həyat səviyyəsini təmin etməyə kifayət etməzkən, alimentin 50 faizinin kart hesabına köçürülməsi absurd bir fikir olduğunu bildirmişdir. X2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Tələbkar etiraz ərizəsinə etirazını bildirərək ərizənin təmin olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, “aliment miqdarının 50 faizinin uşaqların adına açılmış kart hesabına köçürülməsi tələbi"nə dair Bakı şəhər Yasamal rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin e-2(004)-5107/2024 saylı, xx.xx.2024-cu ıl tarixlı qətnaməsi ilə nikahları pozulmuş, xx.xx.2018-ci ıl təvəllüdlü X11 və 29 11.2021-cı il təvəllüdlü X4 Tələbkar yanında qalmalan və xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2021-cı il təvəllüdlü X4 yetkinllik yaşına çatanadək şaxlanması üçün hər ay ondan qazancının (başqa gəlirlərlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq Tələbkar ödənilməsi qət edilmişdir.Ondan tutulacaq alimentin miqdarı uşaqlarının indiki yaşayış minimum həddindən kifayət qədər yüksəkdir. Hesab edir ki, tutulan alimentin əlli faizi (50%) uşaqlarının adına açılan bank hesaba keçirilməlidir ki, uşaqlarının gələcəklərinin təminatı olsun. Yəni onlar, 18 yaşına çatanda onların hesabına yığılmış məbləği öz gələcəkləri üçün istifadə edə bilsinlər. O, bu ərizəni məhkəməyə təqdim edəndə hesab etmişdir ki, uşaqların anası onun təklifini və ərizəsini anlayışla qarşılayacaq. Hesab etmişdir ki, uşaqların gələcək mənafeyi hər ikisini düşündürməlidir. Lakin, Tələbkar verdiyi ərizəyə dair etiraz ərizəsi vermişdir. Həmin etiraz ərizəsinə münasibət bildirmək qərarına gəlmişdir. İlk öncə məhkəmənin nəzərinə çatdırır ki, Tələbkar etiraz erizəsinə əlavə etdiyi sənədlərin və sübutların alimentin tutulması məsələsinə dair heç bir aıdıyyatı yoxdur. Xanım etiraz ərizəsində göstərir ki, onlar bir yerdə yaşayanda uşaqları məktəbə qoyulması barədə ümumi razılığa gəlmişlər. Təqdim etdiyi sübutlardan bu açıq görsənir kı, bu belə deyil. Sözsüz ki, o, uşaqlarını yüksək təhsil almasını arzulayır və buna da imkanı çatdığı qədər yardımçı olacaqdır. Lakin, bu məsələnin alimentə heç bir aidiyyəti yoxdur. Xanımın təqdim etdiyi kommunal xidmət haqları ilə bağlı söylədiyi fikirlə və ödədiyi məbləğlər özünün ərizədə göstərdiyi kimi absurd fikirlərdir. Belə ki, xanımın kommunal xidmət haqian ödədiyi mənzil nikahdan öncə ona məxsus mənzildir, hələlik o, orada yaşamır, laki yaxın zamanlarda xanım oranı tərk edəcək və kommunal xərclərdən azad olacaqdır. Həmin xərclərin də əhmentə heç bır aidiyyəti yoxdur. Xanımın ərizəyə əlavə etdiyi aptekdən alınmış dərmanlann, mağazadan alınmış müəyyən ərzaqların, həmçinin "MCdonald's" restoranında verdiyi hesab qəbzinin bu məsələlərə heç bir aıdiyyatı yoxdur. Aptekdən təqdim edilmiş dərman preparatların heç də hamısı uşaqlara aid dərman deyil. Mağazada alınan ərzaqların da haradan və necə alınmasının onun uşaqlarına nə aidiyyəti olmasını başa düşə bilmir. Həmçinin “MCdonald's” restoranında yeyilən yeməyin kim tərəfindən yeyilməsi bəlli deyil. Saat 16:40 nə nahar, nə də axşam yeməyi vaxtıdır. Bır sözlə, həmin təqdim edilmiş sübutları qəbul etmir. Lakin, uşaqlarının əvvəlki yaşayış tərzi maksimum saxlamaq vəzifəsini başa düşür və buna da riayət edir. Artıq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, onun aylıq əmək haqqısı 6000 manatdan çoxdur. “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi” barədə AR Prezidentinin Fərmanının 12-ci bəndinə əsasən Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Belə olan halda ondan tutulan alimentin miqdarının 50% bank hesabına ödəndikdən sonra hər uşağa yenə də 500-600 manat aliment məbləği qalır. Yəni, qeyd etdiyi kimi aliment məbləğindən 50% bank hesabına tutulduqdan sonra ondan tutulan alimentin miqdarı yaşayış minimumu 2-2.5 misli həcmində olur. O, uşaqların əlavə xərclərdə iştirakından da imtina etməmişdir. Əlavə xərclərdə iştirak aliment ilə eyniləşdirilə bilməz. Bundan əlavə məhkəmənin nəzərinə çatıdırır ki, istər onun, istərsə də digər tərəfin imkanları yüksək ola bilər. Onların valideynlərinin də imkanları yüksək ola bilər. Lakin, 15 ildən sonra necə olacağını heç kim əvvəlcədən fikir yürüdə bilməz. Uşaqları 18 yaşına çatdıqda hər birinin bank hesabında təqribən 90.000-100.000 manat pulun olmasının nəyi pisdir kı? Uşaqların üstün marağı dedikdə, ilk növbədə bunu düşünmək lazımdır. Ona görə də hesab edir ki, ərizəsi əsaslıdır.Ərizəsində qanunun normalarına istinad etmiş və hesab edir ki, ərizəsi təmin edilməlidir. Əgər, doğurdan da, uşaqların üstün marağını nəzərə alınırsa, ərizəsi mübahisə predmeti olmalı deyil. Məhkəmə iclasında iştirak edən X2nun nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tələbkar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 5107/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçı X9 ilə cavabdeh Tələbkar arasında xx.xx.2017-ci il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 334 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X4 anaları Tələbkar yanında qalmaları müəyyən edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı X5 hər ay onun qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq cavabdeh Tələbkar ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016-cı il 28 mart tarixli qərarının 8.9-cu bəndinə əsasən alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 04/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərardadının 40, 41, 42, 43, 44-cü bəndlərinə əsasən ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-5107/2024 nömrəli qətnaməsi ilə iddiaçı X9 ilə cavabdeh Tələbkar arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X4 anaları Tələbkar yanında qalması müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı X5 hər ay onun qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq cavabdeh Tələbkar ödənilməsi qət edilmişdir. X1 uşaqlar yetkinlik yaşına çatanadək tutulacaq aliment məbləğinin 50 faizinin uşaqların adına açılmış bank hesablarına köçürülməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, uşaqlar yetkinlik yaşına çatanadək tutulacaq aliment məbləğinin 50 faizinin uşaqların adına açılmış bank hesablarına köçürülməsi hazırki halda, uşaqların əvvəlki həyat şəraitinin və standartlarının dəyişməsinə səbəb olacaqdır. Qanunvericiliyin tələbinə görə tutulan alimentin məbləği uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən X9 bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmalı və sübut etməli idi. Lakin o, ondan tutulacaq alimentin miqdarının uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan kifayət qədər yüksək olmasına əsaslanmışdır. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Beləliklə, məhkəmə tutulan alimentin məbləğinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına əsaslandığını, ərizəçinin alimentin (bir hissəsinin) uşaqlara deyil, başqa məqsədlərə sərf olunmasına dair sübutlar təqdim etmədiyini nəzərə alıb, uşaqların mənafelərini üstün tutaraq hesab edir ki, ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Ərizə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №8(004)-140/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-140/2025
10.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver