Məhkəmə qərarları › İş №8(004)-141/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-141/2024

05.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-141/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3568/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X1 tərəfindən verilmiş ərizəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3568/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə müəyyən edilir ki, iddia tələbi qismən təmin edilmiş, X2 xx.xx.2015-ci il təvəllüldü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. X1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3568/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icra üsulunun və qaydasının dəyişdirilərək ondan Tələbkar xeyrinə tutulan alimentin 50% miqdarının X6 və X5 adlarına açılmış fərdi bank hesablarına köçürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin e-2(004)- 3568/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X2 xx.xx.2015-ci il təvəllüldü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsinə dair qərar qəbul edilmişdir. Lakin, qeyd olunan məbləğin həqiqətən də uşaqların saxlanması üçün xərclənməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı bir hesabat verilmir. Bu səbəbdən də uşaqlar üçün ödənilən aliment pulunun nəyə və necə xərclənməsinə nəzarət etmək qeyrimümkündür. Uşaqlarının gələcəyini, təhsil, tərbiyə və təminatını nəzərə alaraq iddiaçı hesab edir ki, uşaqlar yetkilik yaşma çatanadək onların saxlanılması üçün verilən alimentin 50 (əlli) faizi uşaqların adlarına açılmış fərdi bank hesablarına köçürülməlidir. İcra sənədi üzrə borcluya, tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkarın, borclunun və icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan e-2(004)-3568/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən və qətnamədən müəyyən olunur ki, X1ndan xx.xx.2015-ci il təvəllüldü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.7-ci bəndinə əsasən alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri, icra işi materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi qətnamənin nəticə hissəsinin dəyişdirilməsi ilə nəticələnməməlidir. Tələbkar ərizəsində ondan borclunun xeyrinə tutulan alimentin hansı qaydada istifadə edilməsinin müəyyən edilmədiyini bildirərək uşaqlarının gələcəyini, təhsil, tərbiyə və təminatını nəzərə alaraq tutulan məbləğin ½ hissəsinin uşaqların adına açılan kart hesabına köçürülməsini xahiş etsə də, ilk növbədə birgə nikahdan olan uşaqların saxlanılması üçün tələbkarın xeyrinə tutulan məbləğə mütənasib olaraq uşaqların tələbatı və gündəlik xərcləri, eyni zamanda tələbkar tərəfindən alimentin uşaqların tələbatından kənar və ya onaların mənafeyinə zidd məqsədlər üçün istifadə etməsi və ya buna ciddi şübhələr olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Borclu həmçinin məhkəmə iclasında iştirak etməyərək izahat verməmiş, ərizəsini əsaslandırmamış və əlavə sənəd və digər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu halda qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən tutulan alimentin müəyyən hissəsinin kart hesabına köçürülməsi üçün bir əsas yoxdur. Məhkəmə həmçinin icra sənədi üzrə tələbin azyaşlı uşaqların mənafeyinə xidmət etməsini nəzərə alaraq qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilən məlumata əsasən Tələbkar hər hansı rəsmi iş yerinin və gəlirinin olması müəyyən edilməmişdir. Eyni zamanda iş materiallarında olan qətnamədən müəyyən edilir ki, tələbkar özü də iş e-2(004)-3568/2023 saylı mülki üzrə məhkəmə iclasında izahatında xəstə olduğundan işləmədiyini bildirmişdir. Beləliklə, işin hallarından görünür ki, birgə nikahdan olan uşaqların maddi təminatı atanın – borclunun ödədiyi alimentdən ibarətdir. Bu halda həmin alimentin ½ hissəsinin kart hesabına köçürülməsi hazırkı vəziyyətdə azyaşlı uşaqların mənafeyinə zidd olmaqla həm də tələbkarın hüquqlarının pozulması və qətnamənin mahiyyətinin dəyişdirilməsi ilə nəticələnəcəkdir. Lakin qeyd edilməlidir ki, qətnamənin dəyişdirilməsi MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərindədir. Birinci instansiya məhkəməsinin isə belə bir səlahiyyəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, qətnaməyə əsasən borcludan tələbkarın xeyrinə tutulmalı olan alimentin məbləği borclunun sosial vəziyyəti nəzərə alınaraq 2023-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu – 220 manat məbləğindən də az olmaqla hər uşağa görə 180 manat məbləğində müəyyən edilmişdir. Bu halda uşaqların gələcək təhsil, tərbiyə və həyat təminatını təmin atmək məqsədilə hazırkı vəziyyətdə minimum dolanacaq xərclərindən xeyli az məbləğdə alimentin tələbkara ödənilməsi uşaqların mənafeyinə uyğun olmamaqla qanunvericiliyin də tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, X1nun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3568/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən İcra haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231-ci, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3568/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X1nun ərizəsi rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar