Məhkəmə qərarları › İş №8(004)-143/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-143/2022

09.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-143/2022 09.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2193/2021 nömrəli, 06.04.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Yasamal Rayon Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “borclunun məcburi gətirilməsi haqqında” təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(004)-2193/2021 nömrəli, 06.04.2021-ci il tarixli icra sənədi üzrə Borclu Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2193/2021 saylı, 06.04.2021- il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 23.12.2006-cı il təvəllüdlü Babaşova Aydan Aydın qızı və 09.09.2010-cu il təvəllüdlü Babaşova Fidan Aydın qızının yetkinlik yaşma çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırıl. 23.12.2006-cı il təvəllüdlü Babaşova Aydan Aydın qızı və 09.09.2010-cu il təvəllüdlü Babaşova Fidan Aydın qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə iki uşaq üçün 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Həmin icra sənədi 04.06.2021-ci il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildiriş vasitəsi ilə Borclu göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Baki şəhəri Yasamal rayon icra şöbəsinə gəlib izahat verməkdən yayınır. Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan 04.06.2021-ci il tarixli bildirişdən görünür ki, Borclu tələbin könüllü icrası ilə bağlı bildirişi 03.05.2021-ci il tarixdə almışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tədbiqinə əsas verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2193/2021 saylı, 06.04.2021-ci il tarixli icra sənədinə əsasən məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə, borclu Babaşov X2 Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2193/2021 saylı, 06.04.2021- il tarixli icra sənədi üzrə borclu, xx.xx.1976-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə və Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar