Məhkəmə qərarları › İş №8(004)-143/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-143/2023

06.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-143/2023 06.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-877/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icraatının dayandırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)- 877/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 877/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən İddiaçı övladı xx.xx.2017-ci il təvəllüdlü X3 ilə hər ayın 1-ci və 3-cü həftəsinin şənbə günü saat 11:00-dan saat 13:00-dək 2 (iki) saat ünsiyyətdə olmaq hüququ verilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. İş uzrə borclu Cavabdeh axtarılması haqqında xx.xx.2021-ci il tarixli qərarı qəbul olunaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilmiş və Yasamal RPİ-nin xx.xx.2021-ci il tarixli məktubundan onun barəsində axtarış işinin açıldığı məlum olmuş, borclu Cavabdeh barəsində dovlətlərarası və beynəlxalq axtaxrış işinin açılması ilə əlaqədar Yasamal RPİ-yə müraciət edilmiş və ona dövlətlərarası axtarış işi açılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2021-ci il tarixli məktubunda G.X1 ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixdə ölkə hüdudlarını tərk etdiyi bildirilmişdir. Bu səbəbdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-877/2019 saylı, 03 05 2019-cu il tarixli icra sənədinin icraatının dayandırılması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarında olan kifayət qədər sübutları nəzərə alaraq, təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-877/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icraatı dayandırılmalıdır. Belə ki, iş materiallarında olan Yasamal Rayon Polis İdarəsindən tələbkar İddiaçı ünvanlanmış 09 dekabr 2021-ci il tarixli, 091-61243S-4221 saylı məktubun surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü, Yasamal rayonu, İzmir küçəsi, ev 9, mənzil 14-də qeydiyyatda olan Cavabdeh barəsində, Yasamal Rayon Polis İdarəsində xx.xx.2021-ci il tarixdə 91356 nömrəli mülkihüquqi öhdəliklərin icrasından yayınan borclu kimi axtarış işi açılmış və icra olunması üçün ərazi aidiyyəti uzrə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə göndərilmişdir. Borclu Cavabdeh, hal-hazırda Türkiyə Respublikasında olduğu üçün onun barəsində Yasamal Rayon Polis İdarəsində dövlətlərarası axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı 33/327 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən X3 xx.xx.2020-ci il tarixdə anası Cavabdeh ilə birgə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət sərhədindən buraxılmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanunun 18.1.5-ci maddəsinə əsasən borclu onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icraatın dayandırılması mümkündür. İcra haqqında Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-877/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icraat dayandırılmalıdır. Göstərilənlərə əsasən İcra haqqında Azərbaycan Respublikası Qanununun 18.1.5 və 21.2ci maddələrini və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-877/2019 saylı, xx.xx.2019-cu il icra sənədinin icraatı dayandırılsın. Qərardaddan, onun rəsmi qaydada təqdim edildiyi (alındığı) andan 10 gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar