Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-143/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2191/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun məcburi qaydada gətirilməsi haqqında Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2191/2023 nömrəli icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixli 017-EMB-0081-22 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 951,07 manat əsas borc, 142,66 manat cərimə və ödənilmiş 31,34 manat dövlət rüsumu olmaqla, cəmi 1.125,07 (min yüz iyirmi beş manat yeddi qəpik) manat pul tutularaq tələbkar BOKT "xxxx" QSC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli xx.xx.2024-cü il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2191/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - xx.xx.1996-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədi üzrə icraat zamanı borclu könüllü olaraq icra sənədinin icrasını təmin etməmiş və Yasamal rayon İcra şöbəsinə gəlib izahat verməkdən yayınır. Məhkəmə tələbkara, icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gətirilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu üzürlü səbəblər olmadan icra məmurunun çağırışı ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gəlməkdən yayınır və icra sənədinin icrasını təmin etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburudir. “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən, “İcra haqqında” Qanunun 3.1, 84.2-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2191/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu xx.xx.1996-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan Borclu (FİN: xxxxxxx) məcburi qaydada Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №8(004)-143/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-143/2024
29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver