Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-146/2025 17.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, X2 tərəfindən verilmiş ərizəyə baxaraq, MÜƏYYƏN ETDİ: X2 xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət verərək, borcun ləğv olunması və bu vaxta qədər yığılan aliment qalıq borclarının və bundan sonra da alimentin vaxtlı-vaxtında ödənilməsini Göygöl rayon İcra və Probasiya Şöbəsindən tələb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. X2 tərəfindən məhkəməyə ünvanlanmış ərizə qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməmişdir. O, ərizəsində hansı icra sənədi üzrə borcun tələb edilməsini, icra sənədinin tarixi və nömrəsini qeyd etməmişdir. Ən əsası isə ərizənin xahiş edirəm hissəsi “icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayət məzmununda deyil, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2492/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə yığılan borcun ləğv olunmaması və bu vaxta qədər yığılan aliment qalıq borclarının və bundan sonra da alimentin vaxtlı-vaxtında ödənilməsini Göygöl rayon İcra və Probasiya Şöbəsindən tələb edilməsi məzmunundadır. Göründüyü kimi ərizənin “xahiş edirəm” hissəsi qeyri-müəyyəndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-nin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona edilmiş əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, ərizəçi ilk öncə ərizəsində qeyd olunan ərizə bağlı Göygöl rayon İcra və Probasiya Şöbəsinə müraciət etməli, daha sonra ərizəyə verilmiş cavabdan asılı olaraq icra məmurunun qərar, hərəkət və ya hərəkətsizliyindən şikayət ərizəsi ilə məhkəmə nəzarəti qaydasında müvafiq rayon məhkəməsinə müraciət etməli idi. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci və 268-ci maddələrinə əsasən QƏRARA ALDİ: X1 tərəfindən verilmiş ərizə geri qaytarılsın. Ərizzəçiyə ərizədə göstərilmiş nöqsanlar aradan aldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-146/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-146/2025
17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver