Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-150/2023 14.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, X4 iştirakı ilə, Tələbkar X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3907/2021 saylı qətnaməsinin icrası ilə bağlı izah verilməsi barədə X6 Ədalət oğlunun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(004)- 3907/2021 saylı qətnaməsi ilə iddianın təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsinin cavabdeh Kərimov Namiq Ədalət oğlu tərəfindən boşaldılıb iddiaçı Tələbkar təhvil verilməsi, cavabdeh Kərimov Namiq Ədalət oğlunun Bakı şəhəri, Yasamal rayonu, Ş. Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsinin istifadə edilməsində yaratdığı maneələrin aradan qaldırılması və Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, 1056-cı məhəllədə yerləşən 0,0222 ha torpaq sahəsində inşa edilmiş hasarın cavabdeh Kərimov Namiq Ədalət oğlunun hesabına sökülməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2280/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, cavabdeh Kərimov Namiq Ədalət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Yasamal Rayon Məhkəməsinin 2(004)-3907/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5838/2022 nömrəli qərarı ilə, cavabdeh Kərimov Namiq Ədalət oğlunun kassasiya şikayəti təmin edilməməsi və hmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2280/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(004)- 3907/2021 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə icraya yöndəldilmişdir. X6 Ədalət oğlu ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iki eyni predmetə aid və bir-birinə tam zidd olan icra vərəqələrindən hansının və nə formada icra edilməsi haqqında müvafiq izah verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasanıal Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(004)-3907/2021 saylı icra vərəqəsi mövcuddur. İcra vərəqəsinə əsasən Bakı şəhəri,Yasamal rayonu ,Ş.Mehtiyev küç.,1056 məhəllə ünvanında yerləşən 0,0222 ha torpaq sahəsində inşa edilmiş hasarın onun öz vəsaiti hesabıma sökülməsi və eyni zamanda tələbkar X3 həmin torpaq sahəsindən istifadə etməsinə dair maneələrin aradan qaldırılması tələb olunur. Hazırki icra vərəqəsinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi xx.xx.2021-ci il tarixində qəbul edilib. Lakin bundan xeyli əvvəl 30 may 2008-ci il tarixində Yasamal rayon məhkəməsinin 2(004)-1031/08 saylı qətnaməsi ilə hazırki iş üzrə iddiaçi-tələbkar olan X1 "sərəncamın ləgv edilməsi barədə” Yasamal Bələdiyyəsinə qarşı iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan TələbkarA öncə apellyasiya şikayəti, ondan sonra isə eyni məzmunlu kassasiya şikayətini müvafiq qaydada Bakı Apellyasiya məhkəməsinə və Ali Məhkəmənin ıniilku kollegiyasına təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsi (xx.xx.2008-ci il tarixli 2(103)-3764/2008 saylı), sonradan isə Ali məhkəmə (xx.xx.2011-ci tarixli 2(102)-3303/11) qeyd etdiyi Yasamal rayon məhkəməsinin 30 may 2008-ci il tarixli qətnaməsini dəyişdirilmədən qüvvədə saxlanması barədə qərar qəbul etmişdir. Həmin məhkəmə qərarı ilə hazırki işin predmeti olan torpaq sahəsinə dair Yasamal Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 11/06 saylı sərəncamı və sərəncam əsasında onunla Yasamal Bələdiyyəsi arasında bağlanmış eyni tarixli torpaq icarə müqaviləsi qanunu və qüvvədə olan hesab edilmişdir. Bu baxımdan Yasamal Bələdiyyəsinin onunla aralarında bağlanmış Torpaq icarə müqaviləsi qüvvədə olduğundan və eyni zamanda qeyd etdiyi Ali Məhkəmənin 04 noyabr 2011-ci il tarixli 2(102)-3303/11 saylı qərarı ləgv edilmədiyindən, həmin torpaq sahəsindən onun istifadəsi və sahibliyi tam qanunidir. Beləliklə bəlli olan odur ki, hazırda Ali məhkəmə tərəfindən qəbul edilmiş və qanuni qüvvəsini almış eyni torpaq sahəsi ilə bağlı 2(iki) bir-birinə zidd qərarlar mövcuddur. O qərarların hər ikisini icra etmək mümkün deyil. Birinci qərar Kərimov Namiq Ədalət oglu ilə Yasamal Bələdiyyəsi arasında bağlanmış torpaq icarə müqaviləsini qüvvədə hesab edir, 2-ci qərar X7 oglu ilə Bakı şəhər İcra Hakimiyyəti ilə aralarında bağlanmış icarə müqavilsəni qüvvədə olan hesab edir. Belə çixir ki hazırki icra vərəqəsi icra edildiyi halda, torpaqdan istifadə edən şəxs Məmmədov Ağası olur, lakin Yasamal Bələdiyyəsi ilə onun arasında bağlanmış Torpaq İcarə müqaviləsi qüvvədə olduğundan müqavilə şərtlərini icra etmək, yəni aylıq icarə haqqı, sahənin təmiz saxlanılması və sahədən təyinatı üzrə istifadə edilməsi öhdəlikləri onun üzərində qalır. Hesab edir ki, tam absurd bir vəziyyət yaranıb. Yaranmış vəziyyətdə qanunvericiliyin tələblərinə uygun olaraq hazırki icra vərəqəsinin yuxarıda qeyd etdiyim digər icra vərəqəsi ilə tam ziddiyət yaratdığına görə məhkəmədən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 ərizənin təmin edilməməsini xahiş etmişdir. İcra məmuruna və ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir, lakin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsnin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinin tələbinə uyğun olaraq icra məmurunun və ərizəçinin iştirakı olmadan qətnamənin izah edilməsi məsələsinə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizəçi (borclu) Kərimov Namiq Ədalət oğlunun icra vərəqəsinə izah verilməsinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, işə baxmış hakim ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah edə bilər və qətnaməyə izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, qətnamədə anlaşılmazlıqlara yol verilməsi və onun icrasında yaranmış çətinliklə əlaqədar olur. Ərizənin məzmunundan görünür ki, ərizəçinin tələbi qətnaməyə izah verilməsi ilə bağlı deyil, iki eyni predmetə aid olan və bir birinə zidd olan icra vərəqələrindən hansının və nə formada icra edilməsi haqqında izah verilməsi ilə bağlıdır. Odur ki, ərizə qətnaməyə izah verilməsi ilə bağlı olmadığından və məhkəmə tərəfindən bir biri ilə ziddiyyət təşkil edən icra vərəqələrindən hansının və nə formada icra edilməli olmasına dair izah verilməsi mümkün olmadığından ərizə təmin edilə bilməz. Bundan əlavə qeyd edilməlidir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 may 2008-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı torpaq sahəsinin ayrılması barədə sərəncamın ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi 28 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 may 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 noyabr 2011ci il 2(102)-3303/2011 saylı qərarı ilə, X5 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi 28 oktyabr 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 may 2008-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, qətnamə qüvvəyə minmiş və qətnamə ilə iddia tələbi təmin edilmədiyindən icraya da yönəldilməmişdir. Göründüyü kimi, ərizəçinin tələbində qeyd etdiyi kimi, iki icra sənədi mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3907/2021 saylı qətnaməsinin icrası ilə bağlı izah verilməsi barədə X6 Ədalət oğlunun ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-150/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-150/2023
14.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver