Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-150/2025 17.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1823/2022 saylı, xx.xx.2022-ci il tarixi qətnamənin icra üsulunun dəyişdirilməsi barədə X2 tərəfindən verilmiş ərizəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 xx.xx.2025-ci il tarixdə ərizə verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1823/2022 saylı qətnaməsinin icra üsulü dəyişdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü və X1 üçün hər uşağa görə 246 manat, cəmi 492 (dörd yüz doxsan iki) manat məbləğində alimentin borcludan tutularaq, tələbkara ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin geri qaytarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək qeyd edirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263, 264 268-ci maddələrinə əsasən Q Ə R A R A A L D İ M: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1823/2022 saylı, xx.xx.2022-ci il tarixi qətnamənin icra üsulunun dəyişdirilməsi barədə X2 tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-150/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-150/2025
17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver