Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-151/2022 10.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin və Borclu Müstəqim oğlunun iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 nömrəli, 10.06.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun əmlakı üzərinə həbsin qoyulması” barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 nömrəli, 10.06.2021-ci il tarixli icra sənədinə əsasən Borclu Müstəqim oğlunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, 11.06.2021-ci il tarixli qərarla icrasına başlanılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 nömrəli, 10.06.2021-ci il tarixli icra sənədinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli 2(004)-1703/2021 nömrəli qərardadı ilə müvəqqəti alimentin tutulması dayandırılmalı və 26.04.2009-cu il təvəllüdlü X1 və 09.06.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 10.06.2021-ci il tarixdən başlayaraq Borclu Müstəqim oğlundan hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Borclu Müstəqim oğlu aliment borcunu tam ödəmədiyindən onun hazırda 1842 manat məbləğində aliment borcu vardır. Bununla belə, “İcra haqqında” AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici ilə,o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Eyni zamanda elektron icra sistemindən məlum olmuşdur ki, Borclu Müstəqim oğlunun mülkiyyətində olan “VOLKSWAGEN GOLF” minik markalı,**-CX-*** qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir.Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsini rəhbər tutaraq, Borclu Müstəqim oğlunun mülkiyyətində olan “VOLKSWAGEN GOLF” minik markalı,**-CX-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməyi xahiş olunur. Məhkəmə iclasında iştirak edən Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatı müdafiə edərək, izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 nömrəli, 10.06.2021-ci il tarixli icra sənədinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli 2(004)-1703/2021 nömrəli qərardadı ilə müvəqqəti alimentin tutulması dayandırılmalı və 26.04.2009-cu il təvəllüdlü X1 və 09.06.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 10.06.2021-ci il tarixdən başlayaraq Borclu Müstəqim oğlundan hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Müvəqqəti alimet üzrə borclunun 1842 manat borcu vardır. Alimentin dərhal ödənilməli olmasına baxmayaraq, borcluya borcun ödənilməli olması barədə təxminən 2 ay əvvəl məlumat verilmiş, bugünədək həmin borcdan heç bir ödəniş etməmişdir. Borclu işsizdir. Mülkiyyətində “VOLKSWAGEN GOLF” minik markalı,**-CX-*** qeydiyyat nişanlı avtomobil vardır. Bu səbəbdən təqdimatın təmin edilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə iclasında iştirak edən Borclu Müstəqim oğlu izahatında göstərmişdir ki, icra məmuru tərəfindən idarəyə dəvət olunmuş və müvəqqəti aliment üzrə 1842 manat borcun olduğu barədə məlumat vermişdir. Hal-hazırda işsiz olduğundan birdəfəlik ödəmə imkanı yoxdur. Təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Tələbkara, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 nömrəli, 10.06.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli 2(004)-1703/2021 nömrəli qərardadı ilə müvəqqəti alimentin tutulması dayandırılmalı və 26.04.2009-cu il təvəllüdlü X1 və 09.06.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 10.06.2021-ci il tarixdən başlayaraq Borclu Müstəqim oğlundan hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İş materiallarında olan 11.06.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 nömrəli,10.06.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan 11.06.2021-ci tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, Borclu Müstəqim oğlunun adına “VOLKSWAGEN GOLF” minik markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyatına alınmışdır. Məhkəmə yetkin yaşına çatmayan uşaqların yüksək mənafelərini və borc məbləğini nəzərə alaraq hesab edir ki, müvafiq icra sənədi üzrə Borclu Müstəqim oğlunun mülkiyyətində olan “VOLKSWAGEN GOLF” minik markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 nömrəli, 10.06.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədilə Borclu Müstəqim oğlunun mülkiyyətində olan “VOLKSWAGEN GOLF” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-151/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-151/2022
10.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver