Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-152/2023 09.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4011/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə borclu BOKT "xxxx" ASC-nin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4011/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli icra sənədinə əsasən dəymiş zərərin əvəzi olaraq 44767,45 manat pul vəsaiti BOKT "xxxx" QSC-dən alınıb Tələbkar ödənilməsi qət edilmişdir. Borclu BOKT "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4011/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən ödənilməli olan 44.767,45 manat borcun hər ay 5000 manat məbləğində olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu BOKT "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" ASC Tələbkar qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" ASC ilə ünvan 1 ünvandakı binanın birinci mərtəbəsində yerləşən, mülkiyyətindəki 105,3 kv.m qeyri-yaşayış sahəsinin icarəsinə dair 03 mart 2020-ci ildə notariat qaydasında təsdiqlənmiş icarə müqaviləsilə eyni şərtlərlə icarə müqaviləsi bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçıya dəymiş 164325,56 manat zərərin cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-190/22 saylı 03 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaları rədd edilmişdir. İddiaçı və cavabdeh qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4011/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı BOKT "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Tələbkar apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi qismən - qarşılıqlı iddianın maddi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv olunmuş və göstərilən hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddianın həmin hissədə qismən təmin edilməsi və dəymiş zərərin əvəzi olaraq 44767,45 manat pul vəsaitinin BOKT "xxxx" ASC-dən alınıb Tələbkar ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı olaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4011/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının saylı 2(102)-5566/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə BOKT "İnternational” ASC-nin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4011/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda BOKT "xxxx" ASC-nin Tələbkar 44.767,45 manat pul vəsaitini birdəfəlik ödəmək üçün yetərli maliyyə qaynağı yoxdur. Qeyd edilən məbləğin birdəfəlik ödənilməsi Cəmiyyəti ağır külfət altına acağından bu məbləğin hissələrə bölünərək ödənilməsi üçün qərar çıxarılmasına zərurət yaranmışdır. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış, (həmçinin elektron məhkəmə informasiya sistemi vasitəsilə SMS bildiriş göndərilmiş), lakin onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə müvafiq ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişlər. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.5-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, borclu ərizəsində qeyd edilən məbləği birdəfəlik ödəmək üçün yetərli maliyyə vəsaitinin olmadığını qeyd etsə də, borclunun əmlak vəziyyətinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4011/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli icra sənədinin icrasına maneə törədəcək şəkildə aşağı olması müəyyən edilməmiş, borclu bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4011/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli icra sənədi ilə tutulması müəyyən edilən məbləğin hər ay 5000 manat məbləğində olmaqla ay müddətində hissə-hissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur və icra sənədinin 9 ay ərzində icra olunmasını ağlabatan müddət kimi qəbul etmək mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Borclu BOKT "xxxx" ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4011/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-152/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-152/2023
09.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver