Məhkəmə qərarları › İş №8(004)-152/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-152/2024

27.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-152/2024 27.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1529/2023 nömrəli qətnaməsinə izah verilməsinə dair iddiaçı X2 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1529/2023 nömrəli icra sənədinin Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən icra edilmədiyini bildirmişdir. Tələbkar qeyd edir ki, “X4” minik markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomaşının texniki sənədləri hal-hazırda yeni mülkiyyətçinin adına rəsmiləşdirildiyini bildirən icra məmuru, həmin nəqliyyat vasitəsini yenidən hərraca çıxartmır. Qeyd edilən məsələ ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1529/2023 nömrəli qətnaməsinə izah verilməsini xahiş etmişdir. İş üzrə iddiaçıya, cavabdehlərə, icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə iddiaçının ərizəsini və ona əlavə etdiyi sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1529/2023 nömrəli qətnaməsi ilə iddiaçı X1 mülkiyyətində olan və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş “X4” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılmasına dair Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-5303/2017 nömrəli icra vərəqəsi və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixli 271/14 nömrəli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri və tərtib edilmiş “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli 752/21 nömrəli protokol etibarsız hesab edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-5303/2017 nömrəli icra vərəqəsinə əsasən iddiaçı X1 mülkiyyətində olan və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş “X4” minik markalı, 2012-ci il buraxılışlı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil qanunvericiliyin tələblərinə əməl edilməklə yenidən qiymətləndirilməklə hərracdan satılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2024-cü il tarixdə icra vərəqəsi verilmişdir. Qətnamədə anlaşılmayan, aydın olmayan hər hansı hal mövcud deyildir. Odur ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır Azərbaycan Respublikası MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1529/2023 nömrəli qətnaməsinə izah verilməsinə dair iddiaçı X2 tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar