Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-154/2023 09.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1295/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1295/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1295/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməlidir. İcra sənədinin icrasına başlanılmış və qanunla müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Hal-hazırda borclunun aliment borcu 2730 manat təşkil edir. Tərəfindən müvafiq orqanlara sorğular verilmiş və borclunun mülkiyyətində “KİA SPORTAGE MİNİK” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı, “TOYOTA HARRİYER MİNİK” markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq Borclu mülkiyyətində olan “KİA SPORTAGE MİNİK” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı, “TOYOTA HARRİYER MİNİK” markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahat bildirir ki, hal-hazırda daimi iş yeri yoxdur, aylıq alimenti imkanı çatdığı qədər ödəyir. Aliment borcu əvvəlcədən yığılan borcdur. Tələbkar əvvəl alimentdən imtina etmiş, sonradan tələb etmişdir. Avtomobilləri etibarnamə ilə dayısına satmışdır. Hal-hazırda onun istifadəsində deyil. Odur ki, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş edir. Tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya məhkəmə əmrinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirə salınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1295/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməli, alimentin tutulması xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1295/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, 2008-ci il buraxılışlı, qara rəngli, “KİA SPORTAGE MİNİK” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı və 1998-ci il buraxılışlı, qızılı metal rəngli, “TOYOTA HARRİYER MİNİK” markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu mülkiyyətindədir. Məhkəmə icraat üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, mövcud borc məbləğini nəzərə alaraq, hesab edir ki, təqdimat qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1295/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan 1998-ci il buraxılışlı, qızılı metal rəngli, “TOYOTA HARRİYER MİNİK” markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1295/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədilə Borclu mülkiyyətində olan 1998-ci il buraxılışlı, qızılı metal rəngli, “TOYOTA HARRİYER MİNİK” markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-154/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-154/2023
09.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver