Məhkəmə qərarları › İş №8(004)-155/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-155/2024

05.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-155/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3612/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 409/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon 8(004)-409/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan "VAZ-21074" minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3612/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 1532.825 (bir min beş yüz otuz iki dollar səkkiz yüz iyirmi beş sent) ABŞ dolları mebleğinde pul vesaiti ve 20 manat dövlət rüsumu tutularaq tələbkar "Bank BTB” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra senedi üzre tələbkər "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli məktubuna əsasən tələb tam olaraq icra olunmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(007)3612/2017saylı, xx.xx.2017ci il tarixli icra sənədinə xx.xx.2020-ci il tarixda xitam verilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3612/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 1532.825 (bir min beş yüz otuz iki dollar səkkiz yüz iyirmi beş sent) ABŞ dolları mebleğinde pul vesaiti ve 20 manat dövlət rüsumu tutularaq tələbkar "Bank BTB” ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkəməsinin 8(004)-409/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkəməsinin 2(004)-3612/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan "VAZ-21074" minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir.İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə təqdimata əlavə olunmuş sənədləri və icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-409/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan "VAZ- 21074" minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-409/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan "VAZ-21074" minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar