Məhkəmə qərarları › İş №8(004)-156/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-156/2023

16.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-156/2023 16.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına baxaraq, məhkəmə Müəyyən etdi: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayev – Borclu məxsus “Renault Tondar 90” minik markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Aşağı Güzdək qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-4324/2017 saylı, xx.xx.2017- ci il tarixli icra sənədinə əsasən X1 və Borclu 7004.38 ABŞ dolları məbləğində borc pul tutularaq Tələbkar-nə ödənilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Məhkəmə əmrinin icrası könüllü müddət ərzində borclu tərəfindən təmin edilmədiyi üçün, məcburi icra hərəkətlərinə başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində Borclu məxsus “Renault Tondar 90” minik markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Renault Tondar 90” minik markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə həbs qoyulması üçün təqdimat göndərilmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-264/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə avtomaşının və torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Belə ki, Tələbkar tərəfindən təqdim olunan xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən borcun tam ödənildiyi məlum olmuşdur. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi və işdə iştirak etmiş digər şəxslər ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş digər şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ərizəyə əlavə olunmuş iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4324/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X1 və Borclu 7004.38 ABŞ dolları məbləğində borc pul tutularaq Tələbkar-nə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-264/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Renault Tondar 90” minik markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Tələbkar-nin Nəsimi Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X2 və Borclu Tələbkar-yə olan borcunu tam olaraq ödəmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “İcra Haqqında” AR Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq iş üzrə icraata xitam verilməsi xahiş olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” Qərara əsasən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4324/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-264/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu məxsus “Renault Tondar 90” minik markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə həbsin qoyulmasına səbəb olmuş Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4324/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi tam icra edildiyindən və icra məmurunun xahişinə əsasən borcluya məxsus avtomobilin və torpaq sahəsinin üzərinə həbsin qoyulmasına dair zərurət aradan qalxdığından, Borclu məxsus “Renault Tondar 90” minik markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq Qərara aldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-264/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus “Renault Tondar 90” minik markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada tərəflərə verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar