Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-157/2024 26.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadənin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-248/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadə icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, borclunun mülkiyyətində olan «Lexus LS 460 minik» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə ooyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraatına başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-248/2023-015 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Borclu hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat miqdarında sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra tədbirləri həyata keçirilən zaman müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində “Lexus LS 460 minik” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə göstərilən avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdimat yazılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-314/2023-007 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyd olunan Borclu mülkiyyətində "Lexus LS 460 minik” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. İcraat zamanı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə təqdim olunmuş X1 xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən aliment borcunun olmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq borcluya məxsus avtomaşının üzərinə qoyulmuş həbsin ləğv olunması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, Borclu mülkiyyətində olan “Lexus LS 460 minik” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-314/2023-007 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv olunmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarında olan kifayət qədər sübutları nəzərə alaraq, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 248/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Borclu hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat miqdarında sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 314/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Borclu məxsus “Lexus LS 460 minik” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş tələbkar X1 Yasamal rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən hal-hazırda Borclu ona aliment borcunun olmadığını bildirmiş və buna görə də borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, borclunun müvafiq icra sənədi üzrə ödənilməmiş borcu olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-314/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “Lexus LS 460 minik” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-314/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İcra sənədinin icrası məqsədilə məcburi icra tədbiri kimi Borclu məxsus “Lexus LS 460 minik” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-157/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-157/2024
26.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver