Məhkəmə qərarları › İş №8(004)-158/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-158/2023

28.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-158/2023 28.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Tələbkar Maqsud oğlunun iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4259/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə izah verilməsinə dair Ucar rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ziya Məmmədovun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4259/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Tələbkar Maqsud oğlunun iddiası qismən təmin edilərək Borclu1 22 noyabr 2014-cü il tarixli, 106 (1977) saylı buraxılışında, 8-9-cu səhifələrində, “Hərbi Prokurorluqdan şikayətə səbəb nədir? Başlığı altında yerləşdirilmiş yazıda Borclu2 Tələbkar Maqsud oğlu barəsində qeyd etdiyi və onun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilmiş, “vergidən yayınan”, “əmək nüqaviləsi bağlamayan”, “qanunsuz yolla hərbi rütbə alan” “sağlam ola-ola əlillik dərəcəsi alan” məzmunlu məlumatları təkzib etmək və həmin təkzibi Borclu1 8-ci səhifəsində eyni şriftlə yığmaqla “Təkzib” başlığı altında dərc etmək Borclu2 jğluna və “Təzdlar” qəzetinə həvalə edilməsi və şərəf və ləyaqti ləkələyən məlumatlar yaymağa görə vurulmuş maddi zərərin əvəzi qismində 330.410 (üç yüz otuz min dörd yüz on) Rusiya rublu, mənəvi zərərin əvəzi qismində 1.000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 10( on) manat, cəmi 1.010 (bir min on) manat və 330.410 ( üç yüz otuz min dörd yüz on) Rusiya rublu məbləğində pul vəsaiti, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, Borclu2 Tələbkar Maqsud oğlunun xeyrinə tutulması qət edilmişdir. Hazırda Ucar rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ziya Məmmədov icra sənədinin izah olunması barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək icra sənədinin maddi zərərin ödənilməsi hissəsində Borclu2 Tələbkar Maqsud oğluna ödəməli olduğu 330.410 rus rublunun tələbkara ödəniş zamanı Azərbaycan Mərkəzi Bankının qətnamənin icra olunduğu günə alış və ya satış məzənnəsi ilə ödənilməli olduğu barədə izah verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)4259/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu2 Tələbkar Maqsud oğlu barəsində qeyd edildiyi və onun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilmiş məzmunlu məlumatları təkzib etmək və həmin təkzibi Borclu1 8-ci səhifəsində eyni şiriftlə yığmaqla "Təkzib" başlığı altında dərc etmək Borclu2 və "Təzadlar qəzetinə həvalə edilməlidir. Borclu2 maddi zərərin əvəzi qismində 330.410 (üç yüz otuz min dörd yüz on) Rusiya rublu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, və mənəvi zərərin əvəzi qismində 1010 (bir min on) manat məbləğində pul vəsaiti Tələbkar Maqsud oğlunun xeyrinə tutulmalıdır. İcra sənədinin maddi zərərin əvəzinin ödənilməsi hissəsinin icrası ilə əlaqədar icraat zamanı qeyri müəyyənlik yaranmışıdır.Belə ki, icra sənədinin borclundan xarici valyutada tutulan hissədə ödəniş zamanı alış və satış məzənnə fərqi yarandığı üçün, tələbkar ona ödənilən valyutanın alış satış zamanı yaranan fərqə görə tələbin tam təmin edilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar Maqsud oğlu ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən onların iştiakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4259/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Daha sonra Tələbkar Maqsud oğlu ərizə ilə Ucar rayon İcra və Probasiya şöbəsinə müraciət edərək bildirmişdir ki, icra sənədinin icrası ilə əlaqədar tələbinin bir qisminin xarici valyuta ilə olduğunu, ödənişlərin onun tərəfindən alındığı zaman Azərbaycan manatı ilə olduğundan o həmin aldığı manatları Dövlət Bankından rus rubllarına bankın satış məzənnəsinə uyğun alır. Beləliklə, ona ödəniləcək məbləğlə alacağı məbləğ arasında Bankın alış və satış məzənnələrində fərq yaranır. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə görə, qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamənin izah edilməsində məqsəd qətnamədə olan qeyri-aydın məsələlərin aradan qaldırılmasıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4259/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsində alış və ya satış məzənnəsi ilə olduğu bildirilmədiyindən qətnamənin icrası zamanı çətinlik yaratdığından Ucar rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ziya Məmmədovun ərizəsi təmin edilməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4259/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin “qət etdi” hissəsinin 3-cü abzası “Şərəf və ləyaqəti ləkələyən məlumatlar yaymağa görə vurulmuş maddi zərərin əvəzi qismində 330.410 (üç yüz otuz min dörd yüz on) Rusiya rublu, mənəvi zərərin əvəzi qismində 1.000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 10( on) manat, cəmi 1.010 (bir min on) manat və 330.410 ( üç yüz otuz min dörd yüz on) Rusiya rublu məbləğində pul vəsaiti, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı satış məzənnəsi ilə hesablanmaqla, Borclu2 Tələbkar Maqsud oğlunun xeyrinə tutulsun.” kimi oxunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230-cu və 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ucar rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ziya Məmmədovun icra sənədinin izah olunması barədə ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4259/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin “qət etdi” hissəsinin 3-cü abzası aşağıdakı kimi oxunsun: “Şərəf və ləyaqəti ləkələyən məlumatlar yaymağa görə vurulmuş maddi zərərin əvəzi qismində 330.410 (üç yüz otuz min dörd yüz on) Rusiya rublu, mənəvi zərərin əvəzi qismində 1.000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 10( on) manat, cəmi 1.010 (bir min on) manat və 330.410 ( üç yüz otuz min dörd yüz on) Rusiya rublu məbləğində pul vəsaiti, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı satış məzənnəsi ilə hesablanmaqla, Borclu2 Tələbkar Maqsud oğlunun xeyrinə tutulsun.” Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar