Məhkəmə qərarları › İş №8(004)-159/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-159/2024

26.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-159/2024 26.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi Tələbkar iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5204/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borcluYa məxsus əşyalarının üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5204/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun əşyalarının üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5204/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixli qərarla icraatına başlanılmış Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-5204/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu MMC-dən 1360 (min üç yüz altmış) manat və 1000 (min) ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul iddiaçı Tələbkar xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 52 (əlli iki) manat məbləğində pul cavabdeh Borclu MMC-dən tutularaq iddiaçı Tələbkar ödənilməlidir.İcra sənədin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. İcraat zamanı Borclu MMC-yə məxsus (ASUS markalı notebook, HP markalı notebook, 1 stol, 4 stul, LENOVO markalı notebook, TOSHİBA markalı 2 notebook, DELL markalı notebook, EPSON markalı printer, sarı rəngli rəf) əşyalar olduğu məlum olmuşdur. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq Borclu MMC-yə məxsus, yuxarıda sadalanan əşyaların üzərinə həbsin qoyulması barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi əsasında cavabdeh Borclu MMC-dən 1360 manat və 1000 ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul ona ödənilməsi qət edilmişdir. Bugünədək borcdan hər hansı məbləğdə ödəniş edilməmişdir. Sonradan icra məmuru tərəfindən borcluya məxsus ofisə əşyalar aşkar edilmişdir. Təqdimatın təmin edilməsinə etiraz etmirəm. İcra sənədi üzrə borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddələrinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya məhkəmə əmrinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirə salınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5204/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Məhkəmə icra sənədinin icrası üçün qalıq borc məbləğini nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5204/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədilə Borclu MMC-yə məxsus ASUS markalı notebook, HP markalı notebook, 1 stol, 4 stul, sarı rəngli rəf, LENOVO markalı notebook, TOSHİBA markalı 2 notebook, DELL markalı notebook, EPSON markalı printer adlı əşyaların üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5204/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədilə Borclu MMC-yə məxsus ASUS markalı notebook, HP markalı notebook, 1 stol, 4 stul, sarı rəngli rəf, LENOVO markalı notebook, TOSHİBA markalı 2 notebook, DELL markalı notebook, EPSON markalı printer adlı əşyaların üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar