Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-16/2025 06.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5705/2023 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 və Cavabdeh ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 və Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5705/2023 saylı icra sənədinə əsasən ödənilməli olan borcun 22698,64 manat borcun hər ay 400 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclular ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli Ədliyyə qulluqçusu Emil Abiyev tərəfindən qəbul edilmiş, 05 dekabr 2024-cü il tarixli, e-357485/2024-53-24-004 saylı, icraata başlamaq haqqında Qərara əsasən borclu olduqları 22698,64 manat məbləğində pul vəsaitinin Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi üçün könüllü 10 (on) gün müddətində ödənilməsi tələb edilir. Həmin vəsaiti tam şəkildə ödəmək imkanları yoxdur. Amma Məhkəmə qərarına və üzərlərinə düşən öhdəliyi hissə-hissə ödəyə bilərlər. Faktiki olaraq işləmir, səhhətində problemlər vardır. Həmin vəsaiti bankdan alan zaman işlərinin uğurla gedəcəyinə ümidli olmuşdur. Ancaq çox təəssüf ki, işlərinin alınmaması səbəbindən krediti vaxtında geri qaytara bilməmişdir. Ancaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin ən etibarlı-güvənli müştərilərindən biri olmuşdur. Belə hesab edir ki, məhkəmə qərarı ilə müəyyən edilmiş 22698,64 manatı yeni qrafik üzrə hissə-hissə aya 400 (dörd yüz) manat olmaqla ödəyə bilər. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış, (həmçinin elektron məhkəmə informasiya sistemi vasitəsilə SMS bildiriş göndərilmiş), lakin onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə müvafiq ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişlər. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.5-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Məhkəmə qeyd edir ki, borclu ərizəsində istinad etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5705/2023 saylı icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin hər ay 400 manat olmaqla hissə-hissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. İcra sənədi üzrə nəzərdə tutulan borcun hər ay 400 manat məbləğində ödənilməsi qərara alınmış məbləğin uzun müddət ərzində ödənilməsi ilə nəticələnəcəkdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 və Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5705/2023 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-16/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-16/2025
06.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver