Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-163/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Tələbkar MTK-nın nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2433/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı “əmlakın üzərinə həbsin qoyulmasına” dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X9 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X14 borclunun əmlakı üzərinə həbsin qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən (Reyestr nömrəsi: **********41-05301-093078) mənzil 41, ev 45 ünvanında yerləşən mənzil sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2433/2023-015 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh X7 3908,40 manat məbləğində kommunal borc, cavabdeh X3 1115,07 manat məbləğində kommunal borc, cavabdeh X5 311,22 manat məbləğində kommunal borc, cavabdeh X4 214,20 manat məbləğində kommunal borc, cavabdeh Borclu 5192,70 manat məbləğində kommunal borc, cavabdeh X1 1115,07 manat məbləğində kommunal borc və cavabdeh X8 1249,05 manat məbləğində kommunal borc tutularaq iddiaçı ’LAGUNA" Mənzil Tikinti Kooperativinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə bərabər borcluya göndərilmişdir. İcra sənədin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. “Elektron icra” informasiya sistemindən məlum olmuşdur ki, Borclu mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən (Reyestr nömrəsi; **********41- 05301- 093078) mənzil vardır. Hazırda borclunun əmlakı üzərinə həbsin qoyulması xahiş olunur. Məhkəmə iclasında iştirak edən Tələbkar MTK-nın nümayəndəsi X6 təqdimatın təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, borclu maddi vəziyyəti ilə əlaqədar müxtəlif bəhanələr gətirərək icradan boyun qaçırır. Borclu hazırda üzərinə həbs qoyulması nəzərdə tutulan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45 ünvanında yerləşən 41 saylı mənzildə yaşayır. Borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2433/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh X7 3908,40 (üç min doqquz yüz səkkiz manat qırx qəpik) manat məbləğində kommunal borc, cavabdeh X3 1115,07 (bir min yüz on beş manat yeddi qəpik) manat məbləğində kommunal borc, cavabdeh X5 311,22 (üç yüz on bir manat iyirmi iki qəpik) manat məbləğində kommunal borc, cavabdeh X4 214,20 (iki yüz on dörd manat iyirmi qəpik) manat məbləğində kommunal borc, cavabdeh Borclu 5192,70 (beş min yüz doxsan iki manat yetmiş qəpik) manat məbləğində kommunal borc, cavabdeh X1 1115,07 (bir min yüz on beş manat yeddi qəpik) manat məbləğində kommunal borc və cavabdeh X8 1249,05 (bir min iki yüz qırx doqquz manat beş qəbik) manat məbləğində kommunal borcun tutularaq iddiaçı Tələbkarnə ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli İcraata başlamaq haqqında Qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2433/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2433/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi üçün vaxt verilmişdir. İş materillarında olan “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Borclu mülkiyyətindədir. Belə ki, icra sənədindən görünür ki, Borclu tələbkara 5192,70 manat pul ödəməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə əmlak üzərinə həbsin qoyulması məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Məhz bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun təqdimatının əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuşdur. Hazırkı təqdimat isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamışdır. Digər tərəfdən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göründüyü kimi, borclunun əmlakı üzərinə həbs, tələbin ödənilməsinə kifayət edəcək həcmdə qoyula bilər, hazırkı təqdimatda isə borclunun ödəməli olduğu məbləğə mütənasib əmlakının olub-olmadığının aydınlaşdırıldığı göstərilməmiş, bunu təsdiq edən sübutlar təqdimata əlavə edilməmiş, cəmi 5192,70 manat təşkil edən borc məbləğinə görə mənzilin üzərinə həbs qoyulması xahişinin zəruriliyi izah olunmamışdır. Bu baxımdan hazırkı təqdimat əsaslandırılmamış, icra məmurunun kifayət qədər araşdırma aparmış olduğu və borclunun, üzərinə həbs qoyula biləcək mütanasib əmlakının olmadığını müəyyən etdiyi sübuta yetirilməmişdir. Bununla yanaşı, Tələbkar MTK-nın nümayəndəsi X6 məhkəmə iclasında hakimin sualına cavab olaraq bildirmişdir ki, Borclu hazırda üzərinə həbs qoyulması nəzərdə tutulan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45 ünvanında yerləşən 41 saylı mənzildə yaşayır. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, kifayət qədər əsas və zərurət olmadan hər hansı bir şəxsin onun zəruri ehtiyaclarını ödəməyə xidmət edən vasitədən (yeganə yaşayış yerindən) məhrum edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 saylı, 05 iyun 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı»nın 1-ci bəndinə əsasən-borclu və ya onun ailəsinin sanitariya normaları çərsivəsində birgə yaşamaqlarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Odur ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X9 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2433/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45 ünvanında yerləşən 41 saylı mənzilin üzərinə həbsin qoyulması ilə bağlı təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 50-ci və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X9 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2433/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45 ünvanında yerləşən 41 saylı mənzilin üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-163/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-163/2024
29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver