Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-165/2023 06.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu – borclu “Akademik M.Nağıyev adına Kataliz və qeyri-üzvi Kimya İnstitutu”nun nümayəndəsi və vəkili X3 “Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1 13 fevral 2023-cü il tarixli İcra sənədi üzrə icraata başlanılması haqqında qərardan” şikayətini nəzərdən keçirərək Müəyyənetdi: Borclu “Akademik M.Nağıyev adına Kataliz və qeyri-üzvi Kimya İnstitutu”nun nümayəndəsi və vəkili X5 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2732/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş 13 fevral 2023-cü il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizə geri qaytarılmalıdır. Belə ki, məhkəmə ərizəni nəzərdən keçirərək müəyyən etdi ki, borclu tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlara dair heç bir sənədi ərizəyə əlavə etməmişdir. Belə ki, ərizəyə istinad olunan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin surəti, həmin qətnamə əsasında verilmiş icra sənədinin surəti, mübahisə edilən 13 fevral 2023-cü il tarixli “İcra sənədi üzrə icraata başlanılması haqqında” qərar, borclu və tələbkar barədə məlumat, onların şəxsiyyətini təsdiq edən sənədlər belə əlavə olunmamışdır. Əlavə olaraq bildirilir ki, şikayət ərizəsinə əlavə edilmiş borclu “Akademik M.Nağıyev adına Kataliz və qeyri-üzvi Kimya İnstitutu”nun nümayəndəsi və vəkili X3 adına verilmiş vəkil orderi cavabdeh “Akademik M.Nağıyev adına Kataliz və eyri-üzvi Kimya İnstitutu”nun Azərbaycan Respublikası Ali Məhkəməsində hüquqlarının müdafiəsi məqsədilə verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş 13 fevral 2023-cü il tarixli qərardan şikayət verilməsi və təmsilçilik üçün ayrıca qaydada vəkil orderi təqdim olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib olunduğundan geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Borclu “Akademik M.Nağıyev adına Kataliz və qeyri-üzvi Kimya İnstitutu”nun nümayəndəsi və vəkili X3 “Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1 13 fevral 2023-cü il tarixli İcra sənədi üzrə icraata başlanılması haqqında qərardan” şikayət ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizəsinin qaytarılmasında nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №8(004)-165/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-165/2023
06.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver