Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-167/2022 29.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10762/2015 nömrəli, 07.10.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10762/2015 nömrəli, 07.10.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan “BMW 523” minik markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 10762/2015 nömrəli, 07.10.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 2161.07 manat məbləğində pul vəsaiti tutularaq, tələbkar Bank ”VTV” ASC-nin xeyrinə ödənilməlidir. icra sənədi üzrə 03.03.2021-ci il tarixli qərarla icraata başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq iş üzrə borclu icranı könüllü təmin etməmişdir. İcraat zamanı “Elektron icra informasiya” sistemindən əldə olunmuş məlimata əsasən Borclu məxsus “BMW 523” minik markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. İcra işi üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə alınmış məlumatlardan görünür ki, Borclu 03.07.2021-ci il tarixdə vəfat etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə görə isə icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10762/2015 nömrəli, 07.10.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan “BMW 523” minik markalı, **-EV- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №8(004)-167/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-167/2022
29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver