Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-17/2024 08.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-877/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasından imtina edilməsi barədə X1nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X4 cavabdeh Borclu qarşı uşaqla ünsiyyət hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-877/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq iddiaçı X3 övladı xx.xx.2017-ci il təvəllüdlü X5 ilə hər ayın 1-ci və 3-cü həftəsinin şənbə günü saat 11:00-dan saat 13:00dək 2 saat ünsiyyətdə olmaq hüququnun verilməsi qət edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədinin icrasından imtina etdiyini bildirmiş, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədinin icraata qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq, o heç bir müsbət nəticə əldə edə bilməmişdir. Uşaqla ünsiyyətsiz keçən uzun müddətdən sonra uşaqla ünsiyyətin yaradılmasına artıq inanmır və bundan sonra yaradılacaq ünsiyyəti əhəmiyyətsiz hesab edir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 50. Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Maddə 51. Uşağın müdafiə hüququ 51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respbulikası Qanununu Maddə 20. İcraata xitam verilməsinin əsasları və qaydası 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə... Məhkəmə hesab edir ki, iddiaçının uşaqla ünsiyyətdə olmaq hüququnun təmin edilməsi tələbindən imtinası qəbul edilə bilməz. Belə ki, belə bir imtinanın qəbul edilməsi uşağın öz valideyni – atası ilə ünsiyyətdə olmaq hüquqlarının pozulması ilə nəticələnəkdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizə rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №8(004)-17/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-17/2024
08.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver