Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-170/2023 16.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-1142/2015 nömrəli icra sənədinin icrası ilə bağlı “borclunun əmlakının üzərinə həbs qoyulması haqqında” Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-1142/2015 nömrəli icra sənədinə əsasən Borclu xx.xx.2014-cü il tarixdən hesablanmaqla, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısının 1/3 hissəsi miqdarında aliment tutularaq Tələbkar ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru X3 xx.xx.2023-cü il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-1142/2015 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “BMW 745 MİNİK” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, borclu icra sənədi üzrə borcun könüllü ödənilməsini təmin etməmişdir, xx.xx.2023-cü il tarixədək 8.694 manat aliment borcu yaranmışdır. Odur ki, borcun ödənilməsinin təmin edilməsi məqsədilə Borclu adına olan “BMW 745 MİNİK” markalı **- RR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması zəruridir. Elektron icra sistem məlumatından müəyyən edilmişdir ki, Borclu adına “BMW 745 MİNİK” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. İcra sənədi üzrə tələbkara, borcluya və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “BMW 745 MİNİK” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 50-ci və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-1142/2015 nömrəli icra sənədinin icrasını təmin edilmək məqsədilə Borclu məxsus olan “BMW 745 MİNİK” markalı, 2001-ci il buraxılışlı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №8(004)-170/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-170/2023
16.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver