Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-170/2024 24.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Tələbkarın vəkili X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Yasamal Rayon Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Bəhruz Bayramovun “Borclu məcburi gətirilməsi haqqında” təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Bəhruz Bayramov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli tarixli icra sənədinə əsasən Tələbkar 2 azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanına köçürülməli və icra sənədi üzrə müvafiq əşyalar tələbkara verilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə başlanılmış icraat zamanı göstərilən vəsaitin Borclu tərəfindən könüllü ödənilməsi təmin edilməmişdir. Borclu məhkəmə qərarının icrasını təmin etmək məqsədilə bir neçə dəfə icra şöbəsinə dəvət edilsə də, icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-170/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Ayaz Məmmədov) təqdimat təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-170/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən şikayət verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-170/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, müvafiq qərardad ləğv edilmiş və mülki iş üzrə icraat təzələnməklə məhkəmə iclası təyin edilmişdir. Tələbkarın vəkili X3 məhkəmə iclasında iştirak edərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Borcluya və icra məmuruna məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərara əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tədbiqinə əsas verir. Borclu keçirilmiş 3 (üç) məhkəmə iclasının heç birində iştirak etməmişdir. Təqdimatın mahiyyəti isə məhz borclunun icra orqanına gətirilməsinin təmin edilməsidir. Borclu məhkəmə iclasına gəlmiş olsaydı, təqdimatın təmin edilməməsi əsası mövcud ola bilərdi. Məhkəmə borcluya izah edir ki, icra sənədi üzrə Borcludur və o, icra sənədini icra etməlidir. Digər şəxslərin icra sənədinin icrasına maneələr yaratması arqumenti borclunu öhdəlikdən azad etmir. Məhkəmə qərar qəbul edərkən tələbkarın üstün maraqlarını nəzərə alır. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə qərarının 1 ildən uzun müddətdir ki, icra olunmaması, hüquq münasibətlərinin subyektləri arasında hüquqi nihilizmin qarşısının alınması, hüquq qaydasının, qanuna itaətin təmin olunması məqsədi ilə, həmçinin iş materialları nəzərə alınmaqla, icra sənədi əsasında Borclu icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Bəhruz Bayramovun “borclunun məcburi gətirilməsi haqqında” təqdimatı təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli tarixli icra sənədi üzrə borclu xx.xx.1988-ci il təvəllüdlü “, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu məcburi qaydada Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə və Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-170/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-170/2024
24.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver