Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-174/2024 15.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Borclu, Tələbkar iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1959/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1959/2023 saylı qətnaməsinə əsasən cavabdeh Borclu 1850 manat məbləğində pul və 38.50 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1959/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar cavabdehlər X1 və Borclu qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 və Borclu "Kia Rio" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 1850 manat məbləğində pulun və ödənilmiş 38,50 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022- ci ilin oktyabr ayında "Turbo.az" internet səhifəsi vasitəsilə tanış olduğu Borclu və X1 ilə görüşərək sonuncuya məxsus "Kia Rio" markalı, **- CT-*** dövlət qeydiyyat nişanlı avtomobili 18 ay ərzində aylıq 450 manat müqabilində etibarnamə əsasında alqı-satqısına dair razılaşmışdılar. Hüseynə 1850 manat pul vermişdi. xx.xx.2022-ci il tarixdə cavabdeh Borclu vasitəçili ilə cavabdeh İsmayıl Əliyev tərəfindən Bakı şəhəri 50 saylı notariat ofisində adına etibarnamə verilmiş və reyestrdə 18355 sayla qeydiyyata alınmış həmin etibarnamə ilə qeyd olunan nəqliyyat vəsaitəsinin istifadə edilməsi ona etibar edilmişdir. Cavabdehlər maşını ona satarkən avtomobilin heç bir ciddi nasazlığının olmadığını bildirsələr də, lakin iki gün sonra usta baxışı zamanı avtomobilin mühərrik hissəsində ciddi nasazlıq olduğunu bilmişdir. Cavabdehlərlə əlaqə saxlayaraq niyə onu aldatdıqlarını və niyə mühərriki nasaz olan avtomobili ona satdıqlarını deyib pulunu geri istəmişdir. İsmayılın müraciəti əsasında Bakı şəhəri, Nizami RPİ-nin 25ci PBŞ-nin təhqiqatçısı, polis kapitanı Samir Nəsirli cavabdehlərin izahatını almış, onlar işin təfərrüatlarını bir daha bildirmişdirlər. Cavabdehlər ondan 1850 manat pul almalarını etiraf etmişdilər. Təhqiqatçı tərəfindən cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılmasının rədd olunması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş, eləcə də ona pulunun geri qaytarılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdehlərə məxsus "Kia Rio" markalı, 77-CT- 509 dövlət qeydiyyat nişanlı avtomobili ondan almış və etibarnaməni ləğv etmişdilər. Ödədiyi pulu isə geri qaytarmaqdan yayınırlar. Aldadıldığına görə həmin pul ona geri qaytarılmalıdır. Mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında baxılaraq "İddia tələbi təmin edilsin. Cavabdeh Borclu 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində pul və 38.50 (otuz səkkiz manat əlli qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilsin." Məzmununda qətnamə qəbul edilmişdir. Həmin qətnamə icra edilməsi üçün aidiyyəti üzrə İmişli İcra Şöbəsinin icraatına verilmişdir. Qeyd edir ki, hazırda o işləmir. Bir müddət öncə zob xəstəliyinə görə əməliyyat olmuşdur. Himayəsində övladları, anası, atası və yoldaşı var. Onların bütün xərclərini şəxsən o qarşılayır. İcra məmuruna müraciət edərək ona güzəşt etməsini xahiş etsə də o ərizəçiyə qarşı məcburi icra tədbirlərini görəcəyini bildirmişdir. Bildirir ki, ona qarşı məcburi icra tədbirləri görüldüyü zaman onun ailəsi də təminatlardan məhrum olunacaqdır. Hal-hazırda maddi imkansızlıq səbəbindən qətnaməni birdəfəlik icra edə bilmir. Belə ki, hazırda aylıq 100 manat məbləğində ödəniş etmək imkanı var. Bu səbəbdən də mövcud ərizə ilə sizə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Borclu ərizənin mahiyyətinə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, Yasamal rayon icra şöbəsi tərəfindən 23 iyun 2023-cü il tarixdə “icra sənədi üzrə icraata başlamaq” barədə qərar qəbul edildiyi vaxtdan bu günədək borclu tərəfindən heç bir ödəniş olunmamışdır. Ərizə təmin olunacağı təqdirdə, onun mənafeyinə xələl gələcək. Odur ki, ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. İcra işi icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1959/2023 saylı icra sənədindən görünür ki, cavabdeh Borclu 1850 manat məbləğində pul və 38.50 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1959/2023 saylı icra sənədi üzrə icraata başlanılması, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə təklifin olunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1959/2023 saylı icra sənədinin könüllü icrası barədə borcluya məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Borclu həmin bildirişi xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli 2(004)- 1959/2023 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-726/2023 saylə qərardadı ilə təqdimat təmin edilmiş, Borclu mülkiyyətində olan “Mercedes Benz 190” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1959/2023 saylı icra vərəqəsi ilə Borclu tərəfindən ödənilməli olan pulun hissə-hissə icra etməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 1959/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-174/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-174/2024
15.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver