Məhkəmə qərarları › İş №8(004)-177/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-177/2024

07.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-177/2024 07.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon icra şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-232/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, xx.xx.1975-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-232/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu X3 Prado markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunan 28000 manat məbləğin 1/2 hissəsinin 1/3 hissəsi olan 4666,67 manat iddiaçı Tələbkar və 1/3 hissəsi olan 4666,67 manat X2 xeyrinə tutulmalıdır. X3 Prado markalı, **- ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş pul vəsaitinin 1/2 hissəsinə (14000 manat) Borclu payının olması müəyyən edilməlidir. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 60 (altmış) manat Tələbkar və X1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmin icra sənədi xx.xx.2023-cu il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildiriş vasitəsi ilə Borclu göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlib izahat verməkdən yayınır. Borclu məcburi qaydada Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Borclunun Yasamal rayon icra şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-232/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu X3 Prado markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunan 28000 manat məbləğin 1/2 hissəsinin 1/3 hissəsi olan 4666,67 manat iddiaçı Tələbkar və 1/3 hissəsi olan 4666,67 manat X2 xeyrinə tutulmalıdır. X3 Prado markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş pul vəsaitinin 1/2 hissəsinə (14000 manat) Borclu payının olması müəyyən edilməlidir. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 60 (altmış) manat Tələbkar və X1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli İcraata başlamaq haqqında qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-232/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin Borclu ünvanladığı xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-232/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi ilə bağlı xəbərdar olunmuşdur. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərara əsasən Borclu məcburi gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-232/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə məsuliyyətə cəlb olunma barədə xəbərdarlığa baxmayaraq, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlməkdən, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş tələbi yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından, o, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar