Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-178/2022 29.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal rayon icra şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İlqar Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4452/2021 saylı, 24.09.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, borclu 08.01.1988-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq yaşayan Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 4452/2021 saylı, 24.09.2021-ci il tarixli icra sənədinə əsasən, 05.03.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23.05.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. Həmin icra sənədi 30.09.2021-ci il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildiriş vasitəsi ilə Borclu göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlib izahat verməkdən yayınır. Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən, Borclu Yasamal rayon icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4452/2021 saylı, 24.09.2021-ci il tarixli icra sənədinə əsasən, 05.03.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23.05.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş Borclu adına ünvanlanmış 30.09.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası barədə xəbərdarlıq edilmiş lakin, borclu heç bir üzrlü səbəb olmadan borcunu icra etməkdən və icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmışdır. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Borclu tələbi könüllü icra etməsi təklif olunmuşdur. Təqdimata əlavə edilmiş 15 fevral 2022-ci il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərara əsasən borclunun məcburi gətirilməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdimat verilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4452/2021 saylı, 24.09.2021-ci il tarixli icra sənədi üzrə məsuliyyətə cəlb olunma barədə xəbərdarlığa baxmayaraq, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlməkdən, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş borcunu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq yaşayan Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-178/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-178/2022
29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver