Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-178/2025 14.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Tələbkar, X1 nümayəndəsi (anası) X5 iştirakı ilə, X1 “icra sənədinin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icra edilməsi” tələbinə dair ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 “icra sənədinin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icra edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. X1 nümayəndəsi (anası) X8 məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməməsini xahiş etmişdir. İcra məmuru məhkəmə iclasında iştirak etməmişdir. İcra işi materiallarına əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-442/2024 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X6 qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş və cavabdeh X3 17.000 manat pul və ödənilmiş 141 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayətləri verilsə də, şikayətlər təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-2855/2024 nömrəli qərarına əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-442/2024 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X6 qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş və cavabdeh X3 17.000 manat pul və ödənilmiş 141 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X7 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2440/2024 nömrəli qətnaməsi ilə (sərdlik edən hakim Azad İmanov) apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-442/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmışdır. Məhkəmə hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinin tələblərinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ərizə əsaslandırılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-442/2024 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X6 qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş və cavabdeh X3 17.000 manat pul və ödənilmiş 141 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X7 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2440/2024 nömrəli qətnaməsi ilə (sərdlik edən hakim Azad İmanov) apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 2855/2024 nömrəli qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-442/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmışdır. Məhkəmə nəzərə alır ki, icra sənədinin ümumi məbləği 17141 manatdır. Ərizəçi bildirir ki, həmin məbləğdən tələbkara 600 manat ödəniş edilmişdir. İcra sənədinin icra üsulunu dəyişdirərək hazırki ərizədə qeyd olunan kimi hər ay 400 manat miqdarında müəyyən edilsə, o zaman ümumi icra sənədinin icrası 43 ay, yəni təxminən 4 il ərzində həyata keçiriləcəkdir. Həmin ödəniş qrafikinin də sistemli, davamlı şəkildə keçirilib-keçirilməyəcəyi qeyri-müəyyəndir. Məhkəmə ərizəçiyə hüquqi baxımdan kömək etmək niyyətində olsa da, ərizəçiyə izah edir ki, məhkəmənin özü də qanundan və mövcud məhkəmə təcrübəsindən asılıdır, hakimin öz istədiyi formada hərəkət etmək imkanı istisna olunur. Ərizə üzrə tələbkarın razılığı müəyyən edilmir. Əksinə, tələbkar məhkəmə iclasında iştirak edərək təkidlə ərizənin təmin edilməməsini tələb etmişdir. Məhkəmə tələbkarın üstün maraqlarını nəzərə alır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi nəzərə alınmaqla, məhkəmənin öz təşəbbüsü ilə proses tərəflərindən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, hazırki iş üzrə sübutetmə yükü ərizəçinin üzərindədir. Tələbkarın razılığı olacağı təqdirdə məhkəmə ərizənin təmin edilməsi ehtimalını yüksək qiymətləndirir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 “icra sənədinin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icra edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-178/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-178/2025
14.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver