Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-18/2023 10.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2366/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclunun məcburi gətirilməsi barədə təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aslan Aslanbəyli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2366/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Daha sonra Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Aslan Aslanbəyli xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə, ərizəni, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində təqdimatın geri qaytarılmasını tənzimləyən norma olmadığından məhkəmə hesab edir ki, bu halda qanunun analogiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olduğu halda məhkəmə hesab edir ki, Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatın geri qaytarılması barədə məktubuna əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2366/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclunun məcburi gətirilməsi barədə təqdimatı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2366/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclunun məcburi gətirilməsi barədə təqdimatı və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №8(004)-18/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-18/2023
10.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver