Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-181/2022 31.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, 11.06.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu2 Bəydəmir qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1150/2021 saylı, 11.06.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu 11.01.1978-ci ildə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu2 Bəydəmir qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 30.09.2021-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, 11.06.2021-ci il tarixli icra sənədinə əsasən borclular Borclu2 Bəydəmir qızından və Borclu1 750 əyyarlı qızıl qolbaq 6,47 qram-580 manat; bir cüt sırğa, boyunbağı, kulon, bəzək üzüyündən ibarət komplekt 750 əyyar ağ qızıldan, brilliant qaşlı qızılın çəkisi 24qr, brilliant 0,9 sot-cəmi dəyəri 2156 manat; həri alınanda verilən üzük 750 əyyar qızıldan 8,5 qram, brilliant qaşlı 2 karat cəmi 1800 manat; nişan üzüyü 750 əyyar, 6,5 qram 750 manat; bəzək üzüyü 4,5 qr, 580 əyyar 200 manat alınaraq Tələbkar verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş 30.09.2021-ci il tarixdə göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. İcra sənədi könüllü icra üçün müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən, onların ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədəmüvafiq hesab edilmişdir. Odur ki, icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, 11.06.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu 11.01.1978-ci ildə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu2 Bəydəmir qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında tələbkara, icra məmuruna və borcluya lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, həmçinin onlarıntərəfindən gəlməməsinin üzrlü səbəbləri barədə hər hansı məlumat və ya işə baxılmasının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, 11.06.2021-ci il tarixli icra sənədinə əsasən borclular Borclu2 Bəydəmir qızından və Borclu1 750 əyyarlı qızıl qolbaq 6,47 qram-580 manat; bir cüt sırğa, boyunbağı, kulon, bəzək üzüyündən ibarət komplekt 750 əyyar ağ qızıldan, brilliant qaşlı qızılın çəkisi 24qr, brilliant 0,9 sotcəmi dəyəri 2156 manat; həri alınanda verilən üzük 750 əyyar qızıldan 8,5 qram, brilliant qaşlı 2 karat cəmi 1800 manat; nişan üzüyü 750 əyyar, 6,5 qram 750 manat; bəzək üzüyü 4,5 qr, 580 əyyar 200 manat alınaraq Tələbkar verilməlidir. - 30.09.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, 11.06.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. - 30.09.2021-ci il tarixli tələbin könüllü icra edilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş Borclu2 Bəydəmir qızı tərəfindən 18.10.2021-ci ildə qəbul edilmişdir və icra sənədi barədə məlumatlı olmuşdur. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra sənədinin könüllü icrası ilə bağlı bildirişi almış, ona bunun üçün 10 gün vaxt verildiyi izah olunmuş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosesual Məçəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər ücün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, 11.06.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu2 Bəydəmir qızının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, 11.06.2021ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - 11.01.1978-ci ildə doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 Bəydəmir qızının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(004)-181/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-181/2022
31.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver