Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-181/2023 27.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6342/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun məcburi gətirilməsinə” dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6342/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixli, GTZK4126543A299 saylı kredit müqaviləsi üzrə 3021,05 manat əsas borc, 611,98 manat faiz borcu olmaqla, cəmi 3633,03 (üç min altı yüz otuz üç manat üç qəpik) manat məbləğində borc və 56.33 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildiriş vasitəsi ilə Borclu göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlib izahat verməkdən yayınır. Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, xx.xx.1989-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6342/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 3633,03 manat məbləğində borc və 56.33 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra şöbəsi tərəfindən hər hansı bildiriş almamışdır. Məhkəmə bildirişi və SMS bildirişini aldığından məhkəmə iclasından məlumatı olmuşdur. Borcun ödənilməsindən yayınmır. Bu səbəbdən təqdimatın rədd edilməsini məhkəmədən xahiş etdi. Tələbkar, təqdimatı verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6342/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixli, GTZK4126543A299 saylı kredit müqaviləsi üzrə 3021,05 manat əsas borc, 611,98 manat faiz borcu olmaqla, cəmi 3633,03 (üç min altı yüz otuz üç manat üç qəpik) manat məbləğində borc və 56.33 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6342/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Borclu müvafiq icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmamışdır. Beləliklə, borclunun məhkəmə iclasında iştirak etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə polis orqanı vasitəsi ilə məcburi qaydada gətirilməsinə zərurət yoxdur, bu səbəbdən verilmiş təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6342/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun məcburi gətirilməsinə” dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-181/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-181/2023
27.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver