Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-182/2022 28.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4435/2020 saylı, 05.10.2020-ci il tarixli, 2(004)-4439/2020 saylı, 05.10.2020-ci il tarixli və 2(004)-4490/2020 saylı, 08.10.2020-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan “VAZ 21060” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4435/2020 saylı, 05.10.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 291,8 manat məbləğində pul vəsaiti Tələbkar MMCnin xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4439/2020 saylı, 05.10.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 308,69 manat məbləğində pul vəsaiti Tələbkar MMCnin xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4490/2020 saylı, 08.10.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 141,33 manat məbləğində pul vəsaiti Tələbkar MMCnin xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “VAZ 21060” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırlımışdır ki, icra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Eyni zamanda onun tərəfindən müvafiq orqanlara sorğular edilmiş və borlunun mülkiyyətində “VAZ 21060” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. İcra sənədi üzrə borcluya, tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclunun, tələbkarın və təqdimat verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun, tələbkarın və təqdimat verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icraat üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ödənilməli olan borc məbləğinin həcmini, məcburiyyət tədbirinin borc məbləğinə mütənasibliyi məsələsini nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan “VAZ 21060” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya məhkəmə əmrinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirə salınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “VAZ 21060” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada tərəflərə verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №8(004)-182/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-182/2022
28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver