Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-183/2024 13.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Tələbkar Cavabdeh, ərizəçi (borclu) X4 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3332/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tutulan alimentin 50 faizinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə ərizəçi (borclu) X5 tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3332/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədi üzrə tutulan alimentin 50 faizinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-3332/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan (X3)hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında ödənilən alimentin 50 (əlli) faizinin xx.xx.2019-cu il təvəllüdlü X6 adına açılmış bank hesabına köçürmək barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 3332/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh X5 arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 06 may 2018-ci il tarixdə 1362 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2019-cu il təvəllüdlü X8 anası iddiaçı Cavabdeh yanında saxlanılması, tərəflərin birgə nikahından olan xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda aliment tutularaq iddiaçı Cavabdeh qızma verilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3332/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi Yasamal rayon icra şöbəsinin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün məndən (X3) hər ay qazancımın (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Bu məbləğ hazırda 696 (altı yüz doxsan altı) manat təşkil edir. Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi hazırda onun əmək haqqından aparılan tutulmalar uşaqların saxlanılması üçün yaşayış minimumundan xeyi artıqdır. Bundan başqa iddiaçı özü də əmək fəaliyyəti ilə məşğuldur. Birgə uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Ödənilən alimentin gələcək təminatı üçün vacib olduğunu nəzərə alaraq ödənilən alimentin əlli faizinin uşağın adına açılmış bank hesabına köçürülməsi zərurəti yaranmışdır. Yəni ödənilən aliment məbləği uşağın gələcəkdə sosial təminatına kömək məqsədi daşıyır. Məhkəmə iclasında iştirak edən X2 ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, hazırda ödədiyi alimentin məbləği 696 manatdır. Ancaq onda ciddi şübhələnmələr mövcuddur ki, cavabdeh bu məbləği övladına deyil, özünün istirahət və əyləncəsinin təşkilinə xərcləyir. Çünki sosial mediada paylaşdığı foto-videolara görə onda bu şübhə yaranır. Alimentin məbləğinin kifayət qədər yüksək olduğunu düşünür. Çünki həmin miqdar hazırda ölkə üzrə orta əmək haqqından çoxdur. Bundan əlavə cavabdeh uşaq barədə onun razılığı, istəyi olmadan da bir sıra hərəkətlər aparmışdır. Uşağa Rusiya Federasiyasının vətəndaşlığını almış, bununla yanaşı cavabdehlə münasibətlərinin pozulduğu dövrlərdə uşağı Rusiyaya aparmış, hətta uşaq orada bağçaya da getmişdir. Buna görə də hazırda ödədiyi aliment məbləğinin yarısının uşağın adına açılmış bank hesabına köçürülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Cavabdeh ərizəni qəbul etməyərək, izahatında göstərdi ki, ərizəçiylə münasibətlərinin pozulduğu dövrdə uşaqla bərabər Rusiyaya getməyinin səbəbi bu idi ki, onun Azərbaycanda evində qala biləcəyi qohumları yoxdur. Valideynləri Rusiyada yaşayır. Buna görə də Rusiyaya getməli olmuşdur. Həmçinin onda müvafiq etibarnamə də olduğuna görə uşağı özü ilə qanunauyğun qaydada Rusiyaya götürmüşdür. Bundan əlavə alimentlə bağlı bildirmək istəyir ki, Bakutv-də aparıcı kimi çalışır. Uşaq da şəhər mərkəzində bağçaya gedir. 800 manat evə görə kirayə haqqı ödəyir. Şəxsi evi yoxdur və işə yaxın olmasına görə mərkəzdə olan evdə kirayə qalır. Kommunal xərclərə, internetə görə də xərcləri var. Həmçinin uşağa görə 200 manat onun dayəsinə, həmçinin 100 manat onun bağçasına pul xərcləyir. Uşağın gözü ilə bağlı müalicə etdirir deyə mütəmadi həkimə və yeni eynək almağa da xərcləri çıxır. Təbii ki, uşaq xəstələndiyi halda buna da pul xərclənir. Geyimindən, yeməyindən və s. bəhs etmədiyi halda belə, göründüyü kimi xərcləri çoxdur. Buna görə də ərizənin təmin edilməməsini xahiş edirəm. Yasamal rayon icra şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Yasamal rayon icra şöbəsinin icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkar və borclunun izahatlarını dinləyib, ərizəni araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.9cu bəndində müəyyən edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Göründüyü kimi, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 04/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərardadının 40, 41 və 42-ci bəndlərinə əsasən, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. 41. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. 42. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Həmin Qərardadın 43 və 44-cü bəndlərində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə, icra üzrə icraatı dayandırmağa haqlıdır. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu özlüyündə meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X8 anasının yanında saxlanılmışdır. Tərəflərin izahatları ilə işin mübahisəsiz halı kimi müəyyən olundu ki, uşaq məktəbəqədər müəssisəyə gedir. Borclu uşağın saxlanılması üçün tutulan alimentin uşağın saxlanılmasına deyil, tələbkarın öz tələbatlarının ödənilməsinə (istirahət və əyləncəsinin təşkilinə) xərclədiyini bildirsə də, bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Hansı ki, bu halda sübutetmə yükü onun üzərindədir. Eyni zamanda aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ödənilən alimentin məbləğinin isə 696 (altı yüz doxsan altı) manat təşkil etməsi, yəni müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını da nəzərə alaraq, hazırki halda, tutulan alimentin məbləğinin uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əsaslandığından, ərizəçi həmin məbləğin uşağın saxlanılmasına yönəldilmədiyinə dair mötəbər sübutlar təqdim etmədiyindən, uşağın yüksək mənafeyini əsas götürərək ərizənin təmin edilməməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3332/2022 saylı, xx.xx.2022ci il il tarixli qətnaməsi üzrə xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda aliment övladı X6 adına açılacaq bank hesabına köçürülməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-183/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-183/2024
13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver