Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-186/2024 18.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X11-Məmmədova Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2178/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Abşeron rayon icra və probasiya şöbəsinin “icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2178/2020 saylı icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” haqqında xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 2178/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə (hakim Ayaz Məmmədov) əsasən xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh X2 cəmi 340 manat aliment alınıb X4 xeyrinə ödənilməlidir. Qətnamə əsasında verilmiş icra vərəqi icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixdə "İcra Haqqında" Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Qərarın surətini "vəkil sorğusu" əsasında xx.xx.2024-cü il tarixdə "email" vasitəsilə qəbul etmişlər. Yasamal Rayon Məhkəməsinin 2(004)-2178/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi icraya yönəldikdən sonra "icraata başlama" haqqında qərar qəbul edilmişdir. Lakin, borclu tərəfindən aliment öhdəliyi icra olunmamış və borclunun barəsində məcburi icra tədbirləri görülməmişdir. İcra sənədinin icraatda olduğu müddətdə X1 aliment ala bilməməsi ilə övladlarına baxmaqda çətinlik çəkdiyindən, o cümlədə Orxan adlı övladı "asma- bronxit” xəstəliyindən əziyyət çəkdiyindən, mütəmadi olaraq xəstəxanada yatdığından, həmçinin özünün xəstəliyi ilə bağlı uşaqlarına mütəmadi baxa bilməməsi səbəbindən borclu X3 bildirmişdir ki, uşaqlara müvəqqəti olaraq baxmaqda o da köməklik göstərsin, həmçinin uşağın müalicəsi xərclərini qarşılasın. Tələbkar bu təklifə razılıq verdikdə borclu təklif etmişdir ki, gələcəkdə aliment borcunun hesablanmaması üçün tələbkar notarial qaydada ərizə versin. Bundan sonra tələbkar notarial qaydada ərizə vermişdir ki, uşaqlarının atalarının yanında qalmalarına razıdır, gələcəkdə bu barədə iddia qaldırmayacaqdır. Bundan sonra qarşlıqlı razılıq əsasında uşaqlara həm borclu, həm də tələbkar baxmışdır. Lakin, bir müddət sonra borclu uşaqların anaları ilə qalmasına maneəçilik yaratmağa başlamışdır. Proseslərin davamında borclu tələbkar tərəfindən notarial qaydada verilmiş ərizəsini Abşeron rayon İcra və probasiya şöbəsinə təqdim etmiş, icra məmuru isə əsassız olaraq icra sənədinə xitam vermişdir. Belə ki, “İcra Haqqında" Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra icraatına xitam verilir. Lakin, icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın verilməsinə əsas olmuş ərizədə tələbkar tərəfindən icra sənədinin tam icra olunması (alimenti tam şəkildə qəbul etməsi) barədə “məlumat” və icra icraatına xitam verilməsi barədə “xahiş” olmamışdır. Belə olan təqdirdə icra məmurunun icra sənədi üzrə icraata hansı səbəbə görə xitam verməsi onlara da məchul qalmaqda davam edir. Aliment işləri üzrə icraata aliment öhdəliyi borclu tərəfindən tam təmin edildikdə xitam verilə bilər. Hətta tələbkar alimenti tam şəkildə qəbul etməsi barədə ərizə versə, həqiqətdə isə alimenti almamış olsa, həmin ərizədən də geri dönüş edə bilər. Bu zaman alimentin həqiqətən ödənilməsini sübutetmə yükü borclunun üzərində qalır. xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi barədə qərarda qeyd olunur ki, "icra sənədində qeyd olunan tələb borclu X3 tərəfindən tam şəkildə təmin olunmuşdur" Lakin, alimentin tam şəkildə təmin olunmasını təsdiq edən tələbkarın ərizəsi və ən əsası müvafiq qəbzlər icraat materialında yoxdur. Vəkil sorğusu əsasında tərəflərindən belə qəbzlərin olub-olmaması barədə sual qoyulmuş, lakin bu barədə onlara heç bir məlumat verilməmişdir. "İcra Haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Yasamal Rayon Məhkəməsinə verdikləri sorğu əsasında müəyyən olunmuşdur ki, icra məmuru xitam qərarının surətini heç məhkəməyə də göndərməmişdir. Çünki sözügedən Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Hesab edirlər ki, əgər icra sənədini vermiş məhkəmə belə bir əsassız xitam qərarını ala bilsə idi, mütləq özü ləğv edərdi. Məhkəmə iclasında iştirak edən tələbkar nümayəndəsi və vəkili Nümayəndə qeyd olunan qərarın ləğv edilməsini və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsi və vəkilinin izahatını dinləyib, şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, verilmiş şikayət ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2178/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə iddia tələbi təmin edilərək, yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlu X19 oglunun və xx.xx.2018-ci il təvəlludlu X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X2 hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X5 xeyrinə ödənilməsi, alimentin tutulma müddəti 25 fevral 2020-ci il tarixdən hesablanması, alimentin tutulması dərhal icra edilməsi qət edilmişdir. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Nicar Ramazaninin “icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2178/2020 saylı icra sənədində qeyd olunan tələbin borclu X3 tərəfindən tam şəkildə təmin olunması nəzərə alınaraq Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2178/2020 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, xx/xx-1311/2023-K saylı məktubunun sürətindən görünür ki, Yasamal rayon məhkəməsinin 2(004)-918/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi sabiq icra məmuru Məmməd Müsəllimov tərəfindən xx.xx.2016-cı il tarixdə “İcra haqqında” AR Qanunun 23.1.3 maddəsinə əsasən xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir. Məhkəmə qeyd edir ki, aliment öhdəliyi ilə bağlı icra sənədi tam icra olunmamışdır. Belə ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlu X13 və xx.xx.2018-ci il təvəlludlu X14 yetkinlik yaşına çatmamışdırlar. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə zidd və əsassız olaraq icra sənədi üzrə icraata xitam vermişdir. Məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Abşeron rayon icra və probasiya şöbəsinin “icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2178/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Nicar Ramazaninin icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2178/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-186/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-186/2024
18.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver