Məhkəmə qərarları › İş №8(004)-189/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-189/2022

19.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-189/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, borclu-Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2021 saylı, 05.08.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması barədə Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru Anar Əyyubov tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru Anar Əyyubov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2021 saylı, 05.08.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 09.08.2021-ci il tarixli qərarla icrasına başlanmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2021 saylı, 05.08.2021ci il tarixli icra sənədinə əsasən Borclu 05.08.2021-ci il tarixdən hesablanmaqla bir uşağın saxlanması üçün hər ay 175 manat olmaqla aliment pulu tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Hazırda 1050 manat aliment borcu vardır. Eyni zamanda elektron icra sistemindən müəyyən edilmişdir ki, Borclu mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Təqdimatda göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq Borclu mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, **-SS- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Borclu 05.08.2021-ci il tarixli icra sənədi dərhal icraya yöndilməsinə baxmayaraq o, müvafiq məhkəmə qətnaməsi ilə razılaşmadığından apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10342/2021 saylı, 19.11.2021-ci il tarixli qətnaməsi ilə onun şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsi üzrə alimentin məbləği dəyişdirilərək 130 manata endirilmişdir. 05.08.2021-ci il tarixdən etibarən o, Tələbkar 1040 manat aliment ödəməli olduğu halda maddi imkanı ilə əlaqədar olaraq tam şəkildə ödəyə bilməmiş və hissə-hissə ödənişlər həyata keçirmişdir. Beləliklə o, ümumi borcundan hazıradək cəmi 315 manat ödəniş etmiş, qalan 725 manat borcunu isə birdəfəlik ödəmək iqtidarında deyil, ona görə də təqdimatın həllini məhkəmənin mülahizəsinə buraxır. Əvvəlki məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Tələbkar izahatında borclu tərəfindən ona ay ərzində cüzi ödənişlər edildiyini etiraf etsə də bildirdi ki, hazırda maddi vəziyyəti ağır olmaqla himayəsində qalan yetkinlik yaşına çatmayan övladının saxlanılmasında çətinlik çəkir, ona görə də alimentin tam şəkildə ödənilməsini təmin etmək məqsədilə icra məmuru tərəfindən verilmiş təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında tələbkara, icra məmuruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, həmçinin onlar tərəfindən gəlməməsinin üzrlü səbəbləri barədə hər hansı məlumat və ya işə baxılmasının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri, o cümlədən məhkəmə təqdim edilmiş icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2021 saylı, 05.08.2021-ci il tarixli icra vərəqəsinin surətindən müəyyən edilir ki, Borclu hər ay 175 manat aliment tutularaq Tələbkar ödənilməlidir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10342/2021 saylı, 19.11.2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tutulması” tələbi barədə ilkin, cavabdeh Borclu iddiaçı Tələbkar qarşı “nikahın pozulması, uşaqların atanın yanında saxlanılması, aliment tutulması” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2021 saylı, 05.08.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq qismən təmin edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2021 saylı, 05.08.2021-ci il tarixli qətnaməsi üzrə alimentin məbləği dəyişdirilməklə 07.07.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanıması üçün 05.08.2021-ci il tarixdən başlayaraq Borclu hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. -“Elektron İcra İnformasiya Sistemi”nin çıxarışdan müəyyən edilir ki, Borclu mülkiyyətində 2007-ci il buraxılışlı “Chevrolet Aveo” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. -09.08.2021-ci il tarixli tələbin könüllü icra edilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş Borclu göndərilmiş, bildiriş borclu tərəfindən imzalanmaqla rəsmi qaydada təhvil alınmış, lakin borclu tərəfindən icra sənədinin icrası hazıradək tam şəkildə təmin edilməmişdir. - Borclu məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən müəyyən olunur ki, o, icra sənədi üzrə müxtəlif vaxtlarda hissə-hissə olmaqla, cəmi 315 manat ödəniş etmişdir. - İcra işində toplanmış sənədlərdən müəyyən edilir ki, icra şöbəsi tərəfindən verilmiş sorğular əsasında borclunun mülkiyyətində hazırki nəqliyyat vasitəsindən başqa tələbin yönəldilə biləcəyi pul vəsaiti aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakına üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri sırasına daxildir. Bu Qanunun 45.1-ci maddəsin əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Qeyd edilən Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə işin hallarını tam, obyektiv və hərtərəfli araşdırıb tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verərək bu nəticəyə gəlir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə, təqdimat təmin edilməli və Borclu mülkiyyətində olan 2007-ci il buraxılışlı “Chevrolet Aveo” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 50-ci və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2021 saylı, 05.08.2021-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində “Chevrolet Aveo” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar