Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-190/2025 13.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Ərizəçi (tələbkar) X6 Maraqlı şəxs (borclu) Borclu iştirakları ilə X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2379/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2379/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X3 ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu ərizəsinin geri götürülməsinə etirazı olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq qeyd edir ki, ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə (tələbkara) geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2379/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-190/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-190/2025
13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver