Məhkəmə qərarları › İş №8(004)-193/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-193/2023

27.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-193/2023 27.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İş üzrə tələbkar X6 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun icra hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair verdiyi şikayət ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İş üzrə tələbkar X8 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun icra hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)- 387/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixdən X7 3 uşağın saxlanılması üçün onun xeyrinə tutulan alimentin X9 Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri və X13 yanında daimi nümayəndəsi vəzifələrində olduğu müddətdə, o cümlədən Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində aldığı qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında (50 faizi) düzgün hesablanmasını (yaranmış borc hesaba alınmaqla) Azərbaycan Respublikasının XİN-dən tələb edilməsini Yasamal İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun və yaxud Yasamal İcra Şöbəsinin üzərinə vəzifə qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X7 xx.xx.2018-ci il tarixdən başlayaraq üç uşağın - xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və ya başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutularaq onun xeyrinə ödənilməlidir. Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı xx.xx.2019 cu il tarixli icra vərəqəsi alimentin tutulması hissəsində icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə X9 işlədiyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası XİN X7 tutulan alimenti düzgün hesablamamışdır. Beləki, borclu Anar Məhərrrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri olduğu müddət ərzində XİN onun xeyrinə uşaqların saxlanması üçün ondan tutulan alimenti düzgün hesablamamışdır, aliment onun ancaq səfir təyin edilənədək XİN-də aylıq əmək haqqını təşkil edən 955 manatdan tutulmuşdur, halbuki Anar Məhərrəmov 05 aprel 2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda X13 yanında daimi nümayəndəsi vəzifələrində çalışmış, yüksək qazancı olmuş və xarici valyutada gəliri olmuşdur. Təkcə onun İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi tutduğu vəzifəyə görə aylıq qazancı 6000 avro təşkil etmişdir. 26 iyul 2021-ci ildən hal-hazıra kimi borclu X2 Respublikasında fövqəladə və səlahiyyətli səfir işləyir. Xarici İşlər Nazirliyi alimenti hesablayarkən X9 yuxarıda qeyd edilən tutduğu vəzifələrindəki bütün qazancını və gəlirini nəzərə almır, yəni Anar Məhərrəmovun XİN-də hazırda tutduğu vəzifəsinə görə aldığı əmək haqqından deyil, qanunsuz olaraq onun XİN-də əvvəlki tutduğu vəzifəsinə görə müəyyən edilmiş əmək haqqından - 955 manatdan alimentin tutulmasını həyata keçirir. Bu qanunsuzluqla bağlı o, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı icra vərəqəsinə əsasən tutulan alimentin düzgün hesablanması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5962/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardad apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr belə nəticəyə gəlmişlər ki, “məhkəmənin qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Tələbin borclunun əmək haqqına, qazancına və digər gəlirlərinə yönəldilməsi, borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında məlumatların əldə edilməsi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi icra məmurlarının vəzifəsidir. İddiaçı icra sənədinin icrası ilə əlaqədar icra şöbəsinə ərizə ilə müraciət edə bilər, habelə icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəməyə şikayət ərizəsi ilə müraciət edə bilər. Bu baxımdan hazırki iddia tələbinə inzibati məhkəmə icraat qaydasında mümkün sayıla bilməz”. (Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı). Məhkəmənin tövsiyəsini nəzərə alaraq, o, icra sənədinin icrasına nəzarət qaydasında Yasamal Rayon İcra şöbəsinə müraciət etmişdir. Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılov xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Xarici İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/25- 15620/25/22 cavab məktubunda aliment ödənişlərinin tutulması müvafiq əməkdaşın Xarici İşlər Nazirliyində aldığı (və ya saxlandığı) və gəlir vergisinə cəlb olunan əməkhaqqından tutulmaqla həyata keçirildiyi üçün A.X15 Nazirliyində idarə rəisi olarkən aldığı və gəlir vergisinə cəlb olunan əməkhaqqının (1433,25 manat) 50 faizi saxlanıldığı və aliment ödənişinin bu məbləğdən tutulmaqla həyata keçirildiyi bildirilmişdir. Hesab edir ki, icra məmuru icra sənədinin icrasına nəzarəti düzgün həyata keçirmir. Nəticədə 3 uşağın saxlanılması üçün tutulan aliment düzgün hesablanmadığı üçün uşaqların hüquqları pozulur. İcra məmuru icra sənədinin icrasına nəzarət qaydasında yol verilən qanunsuzluqlarla bağlı qanuni tədbirləri görmədiyi üçün XİN alimentin tutulmasında yol verdiyi səhvi davam edir. X16 diplomatik xidmət əməkdaşı olaraq tutduğu vəzifəyə uyğun fövqəladə və səlahiyyətli səfir rütbəsinin daşıyıcısıdır. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində diplomatik rütbələrdə olmanın müddətləri müəyyən edilmişdir. Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığından fövqəladə və səlahiyyətli səfiri, Estoniya Respublikasında fövqaladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm yanında daimi nümayəndəsi vəzifələrini icra etmə müddəti ezamiyyət müddəti hesab edilməsi qanunsuzdur, diplomatik xidmət əməkdaşının xaricdə işlədiyi dövrdür, həmin müddəti ezamiyyət müddəti hesab etmək qanunsuzdur. Odur ki, səfirin xaricdə işlədiyi dövrdə öz xidməti vəzifəsinə uyğun hesablanan bütün qazancından (gəlirindən) aliment tutulmalıdır. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən xaricdə işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi, habelə maddi və maliyyə təminatı, olduqları dövlətin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. XİN-i isə həmin qanunun səhv olaraq 23.3.-cü maddəsinə istinad edib qanunsuz aliment hesablayırlar. Çünki 23.3-cü maddədə rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki həyata keçirən şəxslərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aldıqları əmək haqqının 50 faizi saxlanılır. Göründüyü kimi XİN-i 3 uşağın saxlanılması üçün onun xeyrinə tutulan alimenti səfirin əməkhaqqından, bütün qazancından tutmamaqla düzgün hesablamır, icra məmuru isə icra sənədinin icrasına nəzarəti düzgün həyata keçirmir. Beləliklə, səfirin öz xidməti vəzifəsinə uyğun aldığı bütün qazancından (gəlirindən) aliment hesablanmalıdır. XİN-nin icra şöbəsinə cavab məktubundan belə çıxır ki, səfirin uşaqları ataları ilə birlikdə yaşayarkən atanın bütün qazancından yararlana bilərlər, amma ayrı yaşadıqda uşaqların saxlanılması üçün aliment Xarici İşlər Nazirliyində işlədiyi müddət ərzində tutduğu vəzifədən əvvəlki vəzifəsinə ğörə aldığı əmək haqqından tutulmalıdır, bu halda atanın nə üçünsə bütün qazancı (gəliri) nəzərə alınmır. Təbii ki, bu cür yanaşma qanunsuz olmaqla yanaşı absurddur, ədalətsizlikdir. İcra məmuru bu günə kimi səfir Anar Məhərrəmovun əmək haqqısı barədə məlumatı belə əldə etməmişdir və yaxud alınması üçün müvafiq tədbirlər görməmişdir. Bu məlumatları əldə etmədən icra sənədinə nəzarəti həyata keçirmək mümkünsüzdür. Həmçinin qeyd etmişdir ki, diplomatik xidmət əməkdaşının xaricdə aldığı əmək haqqından sosial sığorta ödənişlərinin və gəlir vergisinin tutulmaması dövlətin hüququdur, həmin qazancdan (gəlirdən) aliment hesablanmaması üçün əsas deyildir. Ailə qanunvericiliyi alimentin bütün qazanc və gəlirlərdən tutulmasını nəzərdə tutur. Uşaq hüquqları hər şeydən üstündür və uşaqların mənafeyi, maraqlarına zidd olan norma qanunsuzdur. İcra məmurunun qanunsuz hərəkəti, həmçinin hərəkətsizliyi nəticəsində onun və uşaqlarının hüquqları və qanunla qorunan maraqları pozulur. Beləliklə, icra sənədi qərəzli olaraq düzgün icra edilmir, icra məmuru isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tədbirləri görmür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə şikayət ərizəsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayət ərizəsini və icra işini araşdıraraq, hesab edir ki, verilmiş şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında və icra işində olan: - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 4/16-234/16/19 saylı, xx.xx.2019cu il tarixli cavab məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 387/2019 saylı qətnaməsinin icrası ilə bağlı bildirmişlər ki, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən X9 əmək haqqısından 2385,84 (iki min üç yüz səksən beş manat 84 qəpik) manat aliment tutulması müəyyən edilmişdir. Qeyd olunan məbləğ X12 bildirilmişdir. X16 borcu fərdi şəkildə X3 bank hesabına ödəmiş və ödəniş qəbzini Xarici İşlər Nazirliyinə təqdim etmişdir (ödəniş qəbzi əlavə olunur). Həmçinin bildimişlər ki, X12 Xarici İşlər Nazirliyində hesablanan aylıq əmək haqqı 955,50 (doqquz yüz əlli beş manat 50 qəpik) təşkil edir. - Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin tələbkar X4 ünvanladığı xx/xx- 38532/17 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, borclu X7 xx.xx.2018-ci il tarixdən başlayaraq üç uşağın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün qazancının və (və ya) başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq X3 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə qanunamüvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və borclu A.Məhərrəmova könüllü icra haqqında bildiriş göndərilmişdir. xx.xx.2019cu il tarixdə alimentin borclu A.Məhərrəmovun əmək haqqından tutulması üçün Azərbaycan Respublikası Xarici işlər Nazirliyinə müraciət olunmuşdur. Müraciətə cavab olaraq xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək Xarici İşlər Nazirliyi tərəfindən A.Məhərrəmovun əmək haqqından 2385,84 manat aliment tutulması müəyyən edilmiş və həmin məbləğ A.Məhərrəmov tərəfindən fərdi qaydada bank hesabına ödənilmişdir. Həmçinin bildirilmişdir ki, A.Məhərrəmova Xarici işlər Nazirliyində hesablanan aylıq əməkhaqqı 955,50 manat təşkil edir. xx.xx.2019-cu il tarixli müraciəti nəzərə alınaraq, icra sənədi üzrə borclu A.Məhərrəmovun aylıq qazancı və başqa gəlirləri barədə Yasamal rayon icra və probasiya şöbəsinə ətraflı məlumat verilməsi, həmçinin borclu A.Məhərrəmovdan tutulacaq alimentin tərəflərindən yeni təqdim edilmiş bank hesabına köçürülməsinin təmin edilməsi üçün xx.xx.2019-cu il tarixdə bir daha Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət olunmuşdur. İcra sənədinin icrası nəzarətdə saxlanılır. - Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Maliyyə İdarəsinə ünvanladığı xx/xx-38532/17 saylı, xx.xx.2019-cu il tarixli məktubuna əsasən borclu X7 xx.xx.2018-ci il tarixdən başlayaraq üç uşağın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün qazancının və (və ya) başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq X3 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi borclu A.Məhərrəmovun əmək haqqından tutulması üçün onlara göndərilmişdir. İş üzrə tələbkar M.Məhərrəmova şöbəyə müraciət edərək alimentin düzgün tutulmadığından narazı olduğunu bildirmiş və alimentin tutulmasında nəzarətin gücləndirilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə əsasən icra sənədi borclunun iş yerinə göndərildikdə, icra məmuru onun icra vəziyyətini yoxlamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, icra sənədi üzrə borclu X9 aylıq qazancı və başqa gəlirləri barədə Yasamal rayon İcra və Probasiya Şöbəsinə ətraflı məlumat verilməsi, həmçinin tələbkarın müraciətinə əsasən borclu A.Məhərrəmovdan tutulan alimentin tələbkar M.Məhərrəmovanın yeni təqdim olunan bank hesabına (məktuba əlavə olunur) köçürülməsi xahiş olumuşdur. - Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin Azərbaycan Respublikası Xarici işlər Nazirliyinə ünvanladığı xx/xx-38532/17 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən X7 xx.xx.2018-ci il tarixdən başlayaraq üç uşağın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün qazancının və (və ya) başqa gəlirlərinin 2/2 hissəsi miqdarında aliment tutularaq X4 ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi borclunun əməkhaqqından tutulmaların aparılması məqsədilə xx.xx.2019-cu il tarixdə onlara göndərilmişdir. Bununla əlaqədar Xarici işlər Nazirliyindən daxil olmuş xx.xx.2019-cu il tarixli məktubda A.Məhərrəmovun əmək haqqının 955,50 manat təşkil etdiyi və ödəmələrin həyata keçirildiyi bildirilmişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında 29 noyabr 2019-cu il tarixli 1658 nömrəli Sərəncamı ilə A.Məhərrəmova ödənilən aylıq əməkhaqqından alimentin tutulması təmin edilməmişdir. Yuxarıda qeyd olunanların araşdırılması, alimentin borclunun qanunvericiliklə yol verilən bütün növ qazanc və gəlirlərindən tutulmanın həyata keçirilməsi, eləcə də icra sənədi üzrə aparılmış aylıq tutulmalar barədə Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə ətraflı məlumat verilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı 4/25-2156/25/21 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, X16 2016-cı il 18 iyul tarixinədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ikinci Avropa idarəsinin rəisi vəzifəsində işləmiş və həmin tarixdən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. “Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.1-ci maddəsində uyğun olaraq, A.Məhərrəmovun Azərbaycan Respublikasının X1 aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir və gəlir vergisi tutulmur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində qeyd edilir ki, qanunveriliciyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 5-ci bəndinin 5-ci abzasına əsasən, ezamiyyət ilə bağlı verilən ödəmələrdən aliment tutulmur. Həmin normativ hüquqi aktin 5.1-ci yarımbəndinin 8-ci abzasında bildirilir ki, işçinin əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan aliment tutulur. Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri A.Məhərrəmovun Azərbaycan Respublikasının Xarici işlər Nazirliyində idarə rəisi olarkən aldığı əmək haqqının 50 faizi saxlanılır və qanunvericiliklə nəzərdə tutulan ödənişlər (sosial sığorta ödənişi, gəlir vergisi, işsizlikdən sığorta) o cümlədən, aliment ödənişi bu məbləğdən tutulmaqla həyata keçirilir. Yuxarıda qeyd olunan hüquqi aktlara istinadən bildirilmişdir ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən (uzunmüddətli ezamiyyətdə olan) və aliment ödəyən bu və ya digər əməkdaşın aliment ödənişləri ilə bağlı xaricdə ezamiyyət dövründə aldığı əmək haqqından tutulmaların həyata keçirilməsi hallarına rast gəlinməmişdir. Belə ki, xaricdə ezamiyyət dövründə əməkdaşlara verilən ödənc hüquqi aktla müəyyənləşdirilmiş konkret məbləğdir. Bu ödənc əmək haqqı adlandırılmasına baxmayaraq, onun üzərinə digər əmək haqları kimi qanunvericilikdə nəzərdə tutulan əlavələr hesablanmır və eyni zamanda, bu ödəncdən tutulmalar həyata keçirilmir. Aliment ödənişlərinin tutulması müvafiq əməkdaşın Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində aldığı (və ya saxlanıldığı) və gəlir vergisinə cəlb olunan əmək haqqından tutulmaqla həyata keçirilir. - Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Maliyyə İdarəsinə ünvanladığı xx/xx-38532/17 saylı, xx.xx.2021-ci il tarixli məktuba əsasən borclu X7 xx.xx.2018-ci il tarixdən başlayaraq üç uşağın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün qazancının və (və ya) başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutularaq X3 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi borclu A.Məhərrəmovun əmək haqqından tutulması üçün onlara göndərilmişdir. Tələb icra sənədi üzrə borclu X9 əməkhaqqına yönəldilmişdir. Tələbkar M.Məhərrəmova şöbəyə müraciət edərək son aylar alimentin ödənilmədiyini bildirmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə əsasən “icra sənədi borclunun iş yerinə göndərildikdə, icra məmuru onun icra vəziyyətini yoxlamalıdır”. Yuxarıda qeyd olunanları nəzərə alaraq X9 əməkhaqqından alimentin üzrə tutulmanın dayandırılmasının səbəbi və 2021-ci ildə hər ay üzrə A.Məhərrəmovun əməkhaqqından tutulmuş aliment barədə məlumat verilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı 4/16-14115/16/21 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, X16 xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmış və xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir. X12 xx.xx.2021-xx.xx.2021 tarixlər aralığında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən heç bir əməkhaqqı ödənilməmişdir. - Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ünvanladığı xx/xx-38532/17 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq 2021-ci ildə hər ay üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı barədə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. Bildirilmişdir ki, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 06/1-139 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin yanvar-iyul aylarında aşağıdakı kimi olmuşdur: Yanvar – 690,9; Fevral – 693,7; Mart – 748,1; Aprel – 748,9; May – 730,7; İyun – 728,8; İyul – 751,3. Cari ilin avqust və sentyabr ayları üzrə məlumatlar isə müvafiq olaraq oktyabr və noyabr aylarının ikinci yarısında hazır olacaqdır. - Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun aliment üzrə borcun müəyyən edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsaslanaraq, alimentın ödənilmədiyi dövr üçün orta aylıq nominal əməkhaqqına (2021-ci ilin aprel ayı 748,9 manat, may ayı 730,7 manat, iyun ayı 728,8 manat və iyul ayı 751,3 manat) müvafiq olaraq hesablama aparılmış və 1292 manat aliment borcu müəyyən edilmiş və qərara alınmışdır ki, X12 təklif edilsin ki, yaranmış 1292 manat aliment borcunu tələbkar X4 ödənilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı 4/25-15620/25/22 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, X16 Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2021-cı il tarixli 2828 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23 4-cü maddəsinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.1-ci maddəsində uyğun olaraq, A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyində aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir və gəlir vergisi tutulmur Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-cı maddəsinin 4-cu hissəsində qeyd edilir kı, qanunverılıcıyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-cı il 23 may tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqlar uçun valideynlərinin alıment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin 5-ci bəndinin 5-ci abzasına əsasən, ezamiyyət ilə bağlı verilən ödəmələrdən aliment tutulmur. Həmin normativ hüquqi aktın 1.1-ci yarımbəndinin 8-cı abzasında bildirilir ki, işçinin əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan aliment tutulur. Hazırda Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri A.Məhərrəmovun Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində idarə rəisi olarkən aldığı əmək haqqının 50 faizi saxlanılır və qanunvericiliklə nəzərdə tutulan ödənişlər (sosial sığorta ödənişi, gəlir vergisi, işsizlikdən sığorta) o cümlədən, aliment ödənişi bu məbləğdən tutulmaqla həyata keçirilir. Yuxarıda qeyd olunan hüquqi aktlara istinadən bildirmişlər ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən (uzunmüddətli ezamiyyətdə olan) və aliment ödəyən bu və ya digər əməkdaşın aliment ödənişləri ilə bağlı xaricdə ezamiyyət dövründə aldığı əmək haqqından tutulmaların həyata keçirilməsi hallarına rast gəlinməmişdir. Belə ki, xaricdə ezamiyyət dövründə əməkdaşlara verilən ödənc hüququ aktla müəyyənləşdirilmiş konkret məbləğdir. Bu ödənc əmək haqqı adlandırılmasına baxmayaraq, onun üzərinə digər əmək haqları kimi qanunvericilikdə nəzərdə tutulan əlavələr hesablanmır və eyni zamanda, bu ödəncdən tutulmalar həyata keçirilmir. Aliment ödənişlərinin tutulması müvafiq əməkdaşın Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində aldığı (və ya saxlanıldığı) və gəlir vergisinə cəlb olunan əmək haqqından tutulmaqla həyata keçirilir. Əlavə olaraq qeyd etmişlər ki, oxşar məzmunlu müraciət Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, 4/25-2156/2521 nömrəli məktubu ilə cavablandırılmışdır. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixdə icraya yönələrək həmin tarixdə icra vərəqəsi verilmiş, icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və icra olunması üçün müvafiq qurumlara göndərilmişdir. Bundan sonra nəzarət qaydasında və eyni zamanda tələbkarın ərizələri əsasında icra məmuru tərəfindən icranın vəziyyəti barədə xx.xx.2019, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə sorğular verilmiş, icra məmurunun sorğularına cavab olaraq xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə cavab verilmişdir. Bundan başqa icra məmuru tərəfindən borclu X9 xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması, xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi, borcluya xx.xx.2021-xx.xx.2021 tarixlər aralığında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən heç bir əməkhaqqı ödənilməməsi müəyən edilərək, həmin dövrdə qətnamənin icrasının təmin edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə 2021-ci ildə hər ay üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı barədə rəsmi məlumat verilməsinə dair sorğu verilmiş və icra məmuru İsmayıl İsmayılovun aliment üzrə borcun müəyyən edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsaslanaraq, alimentın ödənilmədiyi dövr üçün orta aylıq nominal əməkhaqqına (2021-ci ilin aprel ayı 748,9 manat, may ayı 730,7 manat, iyun ayı 728,8 manat və iyul ayı 751,3 manat) müvafiq olaraq hesablama aparılmış və 1292 manat aliment borcu müəyyən edilməklə, yaranmış 1292 manat aliment borcunun tələbkar X4 ödənilməsinin X12 təklif edilməsi qərara alınmışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Beləliklə, şikayət ərizəsi və müfaviq icra işi araşdırılaraq müəyyən edilmişdir ki, icra məmuru, müvafiq “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qətnamənin icrasınin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri icra edərək yerinə yetirmiş, icra vərəqi üzrə qanunda müəyyən edilmiş müddətdə icraata başlamaq haqqında qərar qəbul etmiş, icra sənədini icra olunması üçün müvafiq quruma göndərmiş, icra mərhələsində də, dəfələrlə istər tələbkarın ərizələri, istərsə də, icra nəzarət qaydasında müvafiq quruma sorğular vermiş və bununla da, öz icra vəzifələrini yerinə yetirmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun icra hərəkətləri qanuni olduğundan, iş üzrə tələbkar X6 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun icra hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayət ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İş üzrə tələbkar X6 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun icra hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar