Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-195/2023 31.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Baki şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Əlizadənin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2510/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli icra qətnaməsinə izah verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Baki şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Əlizadə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2510/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməzinə izah verilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuru ərizəsini onunla əsaslandırmışdır ki, icraatında olan müvafiq icra işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2510/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmışdır. İş üzrə tələbkar X3 xx.xx.2023-cü il tarixdə ərizə ilə şöbəyə müraciət edərək alimentin hesablanma tarixinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxt, yəni xx.xx.2022-ci il tarix göstərilsə də, icra sənədində tarixin xx.xx.2022-ci il olduğunu bildirmiş və bununla bağlı məhkəmədən izah verilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2510/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli icra sənədi üzrə alimentin hansı tarixdən hesablanması barədə izah verilməsinə zərurət yaranmışdır. Tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Baki şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Əlizadənin qətnaməyə izah verilməsinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2510/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsində cavabdeh Borclu xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanlanması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2510/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli icra sənədində isə məhkəmə aktının 07 iyun 2022-ci il tarixdə qüvvəyə minməsi aydın şəkildə göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsi tam aydın şəkildə yazılmış və orada anlaşılmayan ifadələrdən istifadə olunmamışdır. İcra sənədinin icrasına hər hansı maneə yoxdur. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2510/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair Baki şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Əlizadənin ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Baki şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Əlizadənin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2510/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli icra qətnaməsinə izah verilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-195/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-195/2023
31.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver