Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-198/2023 17.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Borclu X1, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin iştirakı ilə, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin borclu X1 əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına baxaraq, məhkəmə Müəyyən etdi: Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev – borclu X1 mülkiyyətində yerləşən ünvan 1 ünvanda 0.04 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8096/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 12516,65 ABŞ dolları və 20 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2016-cı il tarixli qərarla başlanmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə iş üzrə Borclu mülkiyyətində ünvan 2 ünvanında 0.04 ha torpaq sahəsinin olduğu məlum olmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-601/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələbkar "xxxx" KB ASC-nin şöbəyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktuba əsasən tələb tam olaraq icra olunmuşdur. Bununla bağlı icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Belə olan halda Borclu məxsus daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsini məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən borclu X2 təqdimatın təmin olunmasını və torpaq sahəsinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev izahatında bildirmişdir ki, təqdimatda da qeyd edildiyi kimi borc tam ödənildiyinə görə təqdimatın təmin edilməsini xahiş edir. Tələbkar "xxxx" KB ASC xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən verilmiş Borclu mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatın təmin edilməsinə və torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə etirazları olmadığını bildirmişlər. Məhkəmə, ərizəni və ərizəyə əlavə olunmuş iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(006)- 8096/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən Borclu 12516,65 ABŞ dolları (ödəniş günü ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə) və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməli olduğu əmr edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-601/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.04 ha. torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan "xxxx" KB ASC-nin Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Borclu "xxxx" KB ASCyə olan borcunu tam ödəmişdir. Odur ki, “İcra Haqqında” AR Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq iş üzrə icraata xitam verilməsi xahiş olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” Qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(006)- 8096/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC ("xxxx" MMC-nin hüquqi varisi) tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Borclu qarşı 7593nkNAR/14 müqavilə üzrə tələb hüququ 02/21 UB nömrəli xx.xx.2021-ci il tarixli müqavilə üzrə BOA-ya keçmişdir. Həmin tələb üzrə 8(004)-601/2022 saylı 05 sentyabr 2022-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilmiş, borcluya məxsus daşınmaz əmlak üzərində həbs qoyulmuşdur. Yasamal rayon icra və probasiya Şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən verilmiş təqdimat üzrə icraatınızda 8(004)-198/2023 saylı iş vardır. Bununla bildirilir ki, Borclu mülkiyyətində olan ünvan 7 ünvanında 0.04 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatın təmin edilməsinə və torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə etirazları yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-601/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.04 ha. torpaq sahəsinin üzərinə həbs qoyulmasına səbəb olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(006)-8096/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi tam icra edildiyindən və icra məmurunun xahişinə əsasən borcluya məxsus torpaq sahəsinin üzərinə həbsin qoyulmasına dair zərurət aradan qalxdığından, Borclu mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq Qərara aldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-601/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №8(004)-198/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-198/2023
17.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver