Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-200/2022 07.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, X2, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Orxan Abdullayevin icra sənədi üzrə icraata xitam verilməsi barədə 18.10.2021-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun 18.10.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1922/2021 saylı, 03.05.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. X2 məhkəməyə şikayət verərək, icra məmurunun “İcra sənədi üzrə xitam verilməsi haqqında” 18.10.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə icra mərhələsində razılıq əldə olunduğundan icra vərəqəsinin geri qaytarılması barədə ərizə vermişdir. Məhkəmə iclasında iştirak edən X2 izahat verərək bildirir ki, borcludan qanuni ipoteka yolu ilə ev almışdır. Borclu ondan evdən çıxmaq üçün möhlət istəmiş, o da borcluya vaxt vermişdir. O evə görə ödənişləri etdikdən sonra borclu həmin evdə kirayəçi kimi qalmışdır. O əvvəl təlimlərdə, sonra isə müharibədə olmuşdur. Bugünədək 26000 manat məbləğində borcu yığılmışdır. Borclunun hərəkətləri ucbatından ödənişləri edə bilmirş Hətta işini də itirmişdir. Onun əmək haqqısından həmin evə olan borca görə silinirdi. Gərək borclu həmin evdən çıxsın ki, o da həmin evi ya sataraq, ya da kirayəyə verərək əldə etdiyi gəliri uyğunlaşdıra bilsin. Suala cavab olaraq bildirir ki, icra şöbəsinə ərizə ilə müraciət etməsinin səbəbi borclunun yaşlı olması, ondan ərizə yazmasını, sonra evdən çıxacağını xahiş etməsi olmuşdur. Onun da anlayışı olmadığından “xitam” sözünü yazmışdır. Lakin borclu evdən çıxmamışdır. Həmçinin icra məmuru ona bildirmişdir ki, bir ay ərzində yenidən şikayət verə bilər. Lakin hərbiçi olduğu üçün həmin ərəfədə təlimə Kəlbəcər rayonuna getmiş və bir neçə ay orada qalmış, geri qayıda bilməmişdir. Nəticədə borclu vaxt qazanmış, evdən çıxmamışdır. Şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirir ki, ev hərbiçi tərəfindən qeyri-formal olaraq alınmışdır. Hərbiçilərə ipoteka ilə ev alarkən güzəşt olunanaq 4% dərəcəsi ilə verildiyi üçün onu aldadaraq evi hərbiçinin adına keçirmişlər. Bugünə kimi evində özü yaşamış, banka olan borcu da özü ödəmişdir. İcra Şöbəsində tələbkarla barışdığından o, imtina etmişdir. Onun evdən çıxacağını bildirməsi yalan ifadədir, o elə bir söz deməmişdir. Şikayətin təmin olunmamasını xahiş edir. Qərarı qəbul edən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İcra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, şikayət təmin edilməli, Yasamal rayon İcra şöbəsinin icra məmurunun 18.10.2021-ci il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. E-193042/2021-53-9-001 saylı icra işində olan “icra sənədinin icraatında xitam verilməsi haqqında” ərizədən müəyyən olunur ki, ərizənin verilməsi üçün əsas olaraq tələbkarın borcludan tələb və şikayətinin olmaması göstərilmişdir. Bundan əlavə tələbkarın imzaladığı ərizədə “xitamın” hansı hüquqi nəticəyə səbəb olacağı barədə hüquqlarının ona izah edilməsi barədə qeyd də əksini tapmamışdır. Yasamal rayon İcra şöbəsinin icra məmuru 18.10.2021-ci il tarixli qərarında “İcra haqqında” qanunun 20.1.5-ci maddəsinə əsaslanmışdır. Həmin maddənin tələbinə əsasən isə icra sənədində göstərilən tələb tam icra olunduğu halda icra sənədi üzrə icraata xitam verilir. Lakin işin hallarından müəyyən olunur ki, Yasamal rayon Məhkəməsinin 2(004)- 1922/2021 saylı, 03.05.2021-ci il tarixli icra sənədi icra olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ : X1 şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1922/2021 saylı, 03.05.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Yasamal rayon icra şöbəsinin icra məmuru Orxan Abdullayevin 18.10.2021-ci il tarixli qərarı ləğv edilsin və icra tədbirləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №8(004)-200/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-200/2022
07.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver