Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-206/2023 10.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(004)-109/2016 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(004)-109/2016 saylı icra sənədinin hər ay 100 (yüz) manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(004)-109/2016 saylı icra vərəqəsinə əsasən cavabdeh X3 birgə nikah dövründə əldə edilmiş əmlakın satışından əldə olunmuş ¾ hissəsinin əvəzi qismində 15000 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsi qismində 10 manat cəmi 15010 (on beş min on) manat tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Hazırki vaxtda iflas etdiyindən və maliyyə vəziyyətinin ağır olduğu, həmçinin işsiz və evsiz qaldığı səbəbindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun birdəfəlik və yaxud iri məbləğdə ödənilməsi mümkün olmadığından qətnamənin icrasını dəyişdirərək borcun hissə-hissə, ayda 100 manat ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, borclu R.R.Məmmədov məhkəmənin ünvanına teleqram göndərərək iş üzrə onun iştirakı olmadan qərar verilməsini xahiş etmiş, tələbkar və icra məmuru da məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, X3 birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Tbilisi prospekti, 3166-cı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış evinin 4-cü mərtəbəsində yerləşən 98 kv.metr ölçüdə 118 saylı mənzilə hüquqlarının pozulması nəticəsində əldə edilmiş pul vəsaitinin ¾ (dörddə üç) hissəsinin əvəzi olaraq 15000 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsi qismində 10 manat, cəmi 15010 (on beş min on) manat tutularaq iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-5246/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X6 tərəfindən verlmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2 (004)- 109/2016 saylı mülki iş üzrə qəbul edilmiş 28 iyun 2016-cı il tarixli qətnaməsi cavabdeh X5 münasibətdə iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(004)-109/2016 saylı icra sənədi üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Hacıyev tərəfindən icraata başlanılmışdır. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan müəyyən olunur ki, Azərbaycan Respoublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2 (102)-7789/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə mülki iş üzrə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2 (103)- 5246/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ərizəni, ona əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.5-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(004)-109/2016 tarixli icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin hər ay 100 manat olmaqla hissə-hissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Eyni zamanda, borclu şəxsin icra sənədi üzrə borcun hər ay 100 manat ödənilməsi tutulması qərara alınmış məbləğin 12 ildən artıq müddət ərzində ödənilməsi ilə nəticələnə bilər. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(004)- 109/2016 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-206/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-206/2023
10.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver