Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-207/2024 18.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Borclu iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-2587/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan avtomobillərin üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin 2(013)-2587/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 16947.53 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “HYUNDAİ AVANTE MİNİK” markalı, 77- MH-268 dövlət qeydiyyat nişanlı, “TOYOTA PRİUS MİNİK” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı, “TOYOTA PRİUS MİNİK” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatda qeyd olunanları qəbul etməyərək izahatında bilirdi ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 16947.53 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Həmin borcdan təxminən 1000 manata yaxın ödəniş etmişdir. Borcu ödəməkdən yayınmır. Əslində gecikmələri olduqda, banka yaxınlaşaraq bildirmişdir ki, aylıq 644 manat yox, 300 manat ödəmə imkanı vardır. Bank buna razı olmuşdur. Ancaq sonra ona məlum olmuşdur ki, bank ərizə ilə müraciət edərək onu məhkəməyə vermişdir. Bankdan bu barədə soruşduqda isə, bildirmişlər ki, ödənişləri etməyə davam etsin, bu məsələ formaldır. Buna görə ödənişləri etməyə davam etmişdir. Ancaq sonradan icra məmuru onu çağıraraq əmlakına həbs qoyulması məsələsini bildirmişdir. Sözügedən avtomobillər onun adına olsa da, “HYUNDAİ AVANTE MİNİK” markalı, 77- MH-268 dövlət qeydiyyat nişanlı avtomobil xalası oğlunun, “TOYOTA PRİUS MİNİK” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı, “TOYOTA PRİUS MİNİK” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillər isə əmisi oğlunundur. Əmisi oğlu maşın icarəsiylə məşğuldur. Maşınların ölkəyə gətirilə bilməsi üçün onun adına qeydə alınmışdır. Bu səbəbdən avtomobillərin üzərinə həbsin qoyulması barədə təqdimatın təmin edilməməsini xahiş edir. İcra sənədi üzrə tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata tələbkarın və icra məmurun iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icraat üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ödənilməli olan borc məbləğini nəzərə alaraq, qeyd edir ki, təqdimat qismən təmin edilməli, Borclu mülkiyyətində olan “HYUNDAİ AVANTE MİNİK” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı, “TOYOTA PRİUS MİNİK” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Təqdimata əlavə edilmiş Elektron icra sistemindən çıxarışdan görünür ki, “HYUNDAİ AVANTE MİNİK” markalı, 77- MH-268 dövlət qeydiyyat nişanlı, “TOYOTA PRİUS MİNİK” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı və “TOYOTA PRİUS MİNİK” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu mülkiyyətindədir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya məhkəmə əmrinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirə salınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-2587/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan “HYUNDAİ AVANTE MİNİK” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı və “TOYOTA PRİUS MİNİK” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-207/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-207/2024
18.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver