Məhkəmə qərarları › İş №8(004)-208/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-208/2023

11.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-208/2023 11.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkar iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1941/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, borclu xx.xx.1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1941/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu 45100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 226 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə Borclu xx.xx.2022-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatı müdafiə etdiyini və icra sənədi üzrə könüllü icra ilə bağlı bildirişin göndərildiyini, lakin borclu tərəfindən hər hansı məbləğdə ödənişin olunmadığını bildirdi. Odur ki, təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1941/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu 45100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 226 manat məbləğində pulun iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1941/2022-010 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə təklifin olunması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Borclu bildirişi xx.xx.2022-ci il tarixdə imza etməklə almışdır. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun sutərindən görünür ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının icrası ilə bağlı Borclu barəsində Yasamal Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində 90837 nömrəli axtarış işi açılmışdır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Borclu rəsmi qeydiyyatda olduğu ünvan ünvan 2 verilmə tarixi xx.xx.2022-ci ildir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1941/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 6, mənzil 23 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1941/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 6, mənzil 23 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar