Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-211/2024 04.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1420/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1420/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1420/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 4825,77 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borclu xx.xx.2023-cü il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar, borclu və icra şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2-N nömrəli qərarı ilə "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat” təsdiq edilmişdir. Həmin təlimatın 2.2-ci bəndində borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl görülən tədbirlər sadalanmışdır. Təlimatın 2.2.1-ci bəndi könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edən hal kimi müəyyən edilmişdir. Təlimatın 2.2.2-ci bəndi icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir. Təlimatın 2.2.2-ci bəndi borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Lakin təqdimat və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, icra məmuru “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”da tələb olunan göstərişləri tam olaraq yerinə yetirməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim olunması iş materiallarından görünmür. Həmçinin, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas ola biləcək sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, icra sənədi icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən hər hansı icra tədbirləri həyata keçirilməmiş, borclunun mülkiyyətində daşınmaz əmlakın olub-olmaması müəyyən edilmədən, habelə borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlanılmadan icra məmuru məhkəməyə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra məmuru “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”da tələb olunan göstərişləri tam olaraq yerinə yetirmədən məhkəməyə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla müraciət etdiyindən təqdimat təmin edilə bilməz və rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №8(004)-211/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-211/2024
04.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver