Məhkəmə qərarları › İş №8(004)-212/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-212/2022

14.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-212/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5693/2020 nömrəli, 28.12.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş təqdimata məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Leyla Məmmədova Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5693/2020 nömrəli, 28.12.2020-ci il tarixli icra sənədi üzrə Borclu Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5693/2020 nömrəli, 28.12.2020-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 257 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu Tələbkar MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədi 11.02.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul olunaraq surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmiş, lakin borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq bu günki tarixə qədər borclu borcunu ödəməmiş və Gəncə şəhəri üzrə İcra idarəsinə gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə analogiya tətbiq edərək, təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı ona əlavə edilmiş materialları və icra işini araşdıraraq hesab edir ki, tələbin könüllü icrası haqqında bildirişin təqdim olunmasından uzun müddət keçməsinə baxmayaraq icra sənədi icra olunmadığına görə təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tədbiqinə əsas verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olduğu halda, Borclu hərəkətləri icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınma kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5693/2020 nömrəli, 28.12.2020-ci il tarixli icra sənədi üzrə borclu, 06.01.1990-ci ildə Gəncədə anadan olmuş, Gəncə şəhəri, Ə.Nəzmi küçəsi, ev 17-də qeydiyyatda olan Borclu Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi gətirilsin. Qərardadın icrası Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar