Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-214/2023 14.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X12 oğlunun katibliyi, X1 Borclu Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1, X6, X3 iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4321/2011 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair tələbkar X4 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4321/2011 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdeh Borclu qarşı “mənzildən istifadəyə maneənin qadağan edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, cavabdeh Borclu iddiaçı X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə etməsinə maneə törətməsi qadağan edilmiş və iddiaçı X4 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Hazırda tələbkar X7 məhkəməyə ərizə ilə müraciət edərək bildirir ki, ünvan 1 ünvanında yerləşən mənzilin 2/6 hissəsinin 2-ci 1 otağından ½ hissənin onun xüsusi mülkiyyətində olması nəzərə alınmaqla sözügedən mənzilin 2/6 hissəsinin 2-ci 1 otağından ½ hissəyə köçülüməsi barədə qətnamayə izah verilməsini xahiş edir. X2 məhkəməyə izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Borclu məhkəməyə izahat verərək ərizənin təmin olunmamasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3 və X5 məhkəməyə izahat verərək ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(004)-4321/2011 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi hazırda icra mərhələsindədir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, ərizəçinin mülkiyyətçi qismində ünvan 1 ünvanında yerləşən mənzilin 2/6 hissəsinin 2-ci 1 otağından ½ hissəyə dair əmlak payı müvafiq ekspertiza rəyi əsasında naturada ayrılmamışdır. Həmçinin, mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamənin izah edilməsində məqsəd qətnamədə olan qeyri-müəyyən məsələlərin aradan qaldırılmasıdır. Məhkəmə hesab edir ki, sözügedən qətnaməyə ərizəçinin təklif etdiyi qaydada izah verilməsi həmin qətnamənin məzmununu dəyişdirilməsinə səbəb olacağından və daşınmaz əmlaka münasibətdə ərizəçinin mülkiyyətçi qismində əmlak payı ekspertiza rəyi əsasında naturada ayrılmadığından ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230-cu və 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4321/2011 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair X1 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-214/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-214/2023
14.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver