Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-216/2024 27.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(004)-3055/2023-024 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X3 24592,37 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Vəli-X8 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İş üzrə borclu X1 müəyyən olunmuş vaxtda borcun ödənilməsi üçün bildiriş göndərilməsinə, şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Bu səbəbdən də borcun ödəniİməsi təmin edilməmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X6 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət əzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, iş üzrə borclu xx.xx.1989-cu il təvəllüdlü, Masallı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra işini, təqdim edilmiş təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi qeyd edilən normada borclunun ökədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi icra sənədinin könüllü icra üçün müəyyən edilmiş vaxtda üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan: - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3055/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən borclu X3 24592,37 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Vəli-X8 xeyrinə ödənilməlidir. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3055/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən X6 icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi xahiş olunmuşdur. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən Borclu cəmi 24592,37 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Vəli-X8 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3055/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu əmək haqqından borc məbləği bitənə qədər hər ay 25% (iyirmi beş faiz) tutulması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinə göndərilir. Tutulan məbləğ bilavasitə Yasamal rayon İcra şöbəsinin depozit hesabına köçürülməlidir. Hazırda borc məbləğindən Borclu tərəfindən 7000 (yeddi min) manat ödəniş edilmişdir. Borclu tutulmalı olan məbləğinin 7% (1721.47 manat) “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78ci maddəsinə əsasən, Yasamal rayon icra şöbəsinin depozit hesabına köçürməyi təklif olunmuşdur. - Qəbzlərdən (ödəniş tapşırıqlarından) görünür ki, borclu X7 tərəfindən müxtəlif vaxtlarda tələbkar Vəli-X8 hesabına ümumilikdə 7000 manat məbləğində ödənişlər edilmişdir. - Qəbzlərdən (ödəniş tapşırıqlarından) görünür ki, borclu X7 tərəfindən müxtəlif vaxtlarda tələbkar Vəli-X8 hesabına ümumilikdə 1500 manat məbləğində ödənişlər edilmişdir. İcra işinin materiallarından müəyyən edilir ki, X6 2(004)-3055/2023-024 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar və icra sənədinin könüllü icra edilməsi barədə bildiriş və xəbərdarlıq rəsmi qaydada xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, sonuncunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi, icra sənədinin icra olunması üçün görülmüş digər məcburi icra tədbirlərinin nəticə verməməsi, icra sənədinin icra olunması üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi əsaslandırılmamış və həmin halları təsdiq edən sənədlər əlavə edilməmişdir. Şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib (demokratik cəmiyyətdə zərurilik testi) olmalı, təxirəsalınmaz (sıxıcı) sosial ehtiyaca cavab verməlidir. Azərbaycan Respubliksı Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Kenvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən;
1. Qanuni əsaslarla hər hansı dövləin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır.
2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq, cinayətlərin qarşısını almaq, sağlamlığın və mənəziyyatın qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz.
4. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq ediləndə və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılmış məhdudiyyətlərə məruz qala bilər. «Battista İtaliyaya qarşı» işdə (2 dekabr 2014-cü il) Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiyanın 4 saylı Protokolun 2-ci maddəsinin 2-ci bəndi hər kəsin qəbul edilə biləcəyi istədiyi hər hansı başqa bir ölkəyə getmək üçün hər hansı ölkəni tərk etmək hüququnu təmin edir. Bu hüquqa məhdudiyyət isə ilk növbədə «qanunla nəzərdə tutulmuş» olmalı, 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində təsbit olunmuş bir və ya bir neçə legitim məqsədə uyğun gəlməli və ən əsası həmin məqsəd və ya məqsədlərə nail olunmasında bu məhdudiyyətin «demokratik cəmiyyətdə zəruri» olmalıdır. Konvensiya konteksində «zəruri» sözu «faydalı», «ağlabatan» və ya «rahat» sözləri qədər geniş məna daşımır, o, sözügedən müdaxilənin həyata keçirilməsi üçün «təxirəsalınmaz sosial tələbatın» mövcudluğunu nəzərdə tutur. Zəruri anlayışı belə bir tələbi doğurur ki, məhdudiyyət qanuni məqsədə mütənasib olmalıdır (X2rşı). Bundan başqa məhkəmə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra sənədinin icrasının təmin edilməsi məqsədini güdür. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması o zaman tətbiq olunur ki, o, ölkə ərazisində qaldığı təqdirdə icra sənədini icra etmək iqtidarında olur, lakin icra sənədini üzrsüz səbəbdən icra etmir. Lakin iş materiallarında olan sənədlər əsasında bu nəticəyə gəlmək mümkün olmur. Məhkəmə eyni zamanda qeyd edir ki, icra məmuru tərəfindən digər icra tədbirləri görülməmiş, yəni borclunun əmlakı, bank hesabları, gəlirləri və s. barədə sorğular verilməmiş, müvafiq icra sənədi üzrə borclunun mülkiyyətdində olan əmlakların üzərinə həbs qoyulmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən borclunun gəlirlərinə (əmək haqqına) tutulma yönəldilmiş və bundan başqa da, Borclu tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, borclu X4 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin təqdimatı əsaslı olmadığına görə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3055/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X4 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov