Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-217/2023 11.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-13223/2016 nömrəli, xx.xx.2016cı il tarixli icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi barədə iş üzrə borclu X4 tərəfindən verilmiş ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (borclu) X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-13223/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclunun adına 1xx/xx/67863/14 müqavilə nömrəsi olan Bank Standarda 1170 manat borc qalığı hissə-hissə ödəmək imkanı var. O, hazırda işsiz olduğu üçün hər ay sadəcə 100 AZN ödəyə bilir. O, Əmanətlərin Sığdrtalanması fondunda Bank əməkdaşları ilə görüşüb hər ay hissə-hissə ödəmək üçün hesab nömrəsini əldə etmiş, artıq bu aydan xx.xx.2023 tarixində ilk borc ödəməsini 100 manat olaraq etmişdir. Ödəmə qəbzi "xxxx" MMC MilliÖn elektron ödəmə terminal № 51300, Əməliyyat №: **********, Yasamal Rayon Məhkəməsinə bu işlə əlaqəli İcra ödənişini də həyata keçirmiş, "xxxx" ASC 07.03.23 Əməliyyat İD: 161615391, Qəbzin nömrəsi 6190, Terminal nömrəsi: K0100977, büdcə təsnifat kodu: 142586, büdcə səviyyə kodu: 7, təyinat İcra ödənişi 78 AZN. Bildirmişdir ki, o, bu ilin sonuna kimi borcunu tam ödəməyi öhdəsinə götürür. Məhkəmədən ödənişlərin aylıq olaraq il sonuna kimi təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iş üzrə ərizəni və ona əlavə olunmuş sənədləri və eləcə də, icra işinin materiallarını araşdıraraq, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materialları və icra işinin materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-13223/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə borclu X1 kreditor QSC “Bank Standard” KB-nın xeyrinə cəmi 1107,95 məbləğində borcun tutulması qət edilmişdir. Sözü gedən icra sənədi üzrə xx.xx.2016-cı il tarixdə icraat balanılmış, borcluya 10 gün müddətində tələbin könüllü icrası təklif edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borclunun özünə tədqim edilmiş, xx.xx.2017-ci il tarixdə borclu X2 izahatı alınmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 1637/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə borclu X3 məxsus avtomobillərin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olsun. Qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyəti nəzərə alınmalıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdır. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, Mülki-Prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Məhkəmə hesab edir ki, məhkəmə əmrinin qəbul edilməsindən və icraya yönəldilməsindən xeyli vaxt keçməsinə baxmayaraq borclu bu günə kimi icra sənədinin icrası məqsədilə zəruri tədbirlər (ödənişlər etməmiş) görməmiş, eyni zamanda əmlak vəziyyəti ilə baglı sübutlar təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-13223/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi ilə müəyyən edilmiş məbləğin hər ay 100 manat olmaqla ödənilməsini ağlabatan hesab etməyərək, bunu tələbkarın mənafeyinə uyğun hesab etmir. Məhkəmə eyni zamanda ərizəni təmin etməyərkən, iş üzrə borclu X2 mülkiyyətində “Chevrolet Orlando” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı və “Qaz-3302” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin olmasını və həmin nəqliyyat vasitələrinin üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 1637/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə həbs qoyulmasını nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-13223/2016 nömrəli, xx.xx.2016cı il tarixli icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi barədə iş üzrə borclu X4 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-217/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-217/2023
11.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver